Maddə 332. Sadə yazılı formada bağlanan əqdlər – çıxarılmışdır.
Maddə 333. Əqdin sadə yazılı formasına riayət edilməməsinin nəticələri – çıxarılmışdır.
Maddə 334. Əqdin notariat qaydasında təsdiqlənməsi
334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.
334.3. Çıxarılmışdır.
Dostları ilə paylaş: |