Maddə 429. Öhdəliklərin icrası müddətlərinin müəyyənləşdirilməsi – çıxarılmışdır.
Maddə 430. Öhdəliyin icrasından imtina
430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir.
430.3. Çıxarılmışdır.
430.4. Elektron ticarətdə öhdəliyin icrasından imtinaya elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yol verilir.
Dostları ilə paylaş: |