Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 660. Satın almaqda üstünlük hüququ



Yüklə 0,51 Mb.
səhifə449/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   445   446   447   448   449   450   451   452   ...   904
Maddə 660. Satın almaqda üstünlük hüququ

 

660.1. Hər hansı obyekti üstün satın almağa ixtiyar verilmiş şəxs bu hüququnu satın almaqda üstünlük hüququ üzrə mükəlləfiyyətli olan şəxs həmin obyektin alğı-satqısı barədə hər hansı üçüncü şəxslə müqavilə bağladıqdan sonra həyata keçirə bilər.



660.2. Mükəlləfiyyətli şəxs üçüncü şəxslə bağladığı müqavilənin məzmununu üstün satın almağa ixtiyar verilmiş şəxsə ləngimədən bildirməlidir. Mükəlləfiyyətli şəxsin məlumatı üçüncü şəxsin məlumatı ilə əvəz edilə bilər. Satın almaqda üstünlük hüququ məlumat alındıqdan sonra iki ay ərzində həyata keçirilə bilər.

660.3. Satın almaqda üstünlük hüququnun həyata keçirilməsi üçün mükəlləfiyyətli şəxsə bu barədə ərizə verilir. Ərizədən ötrü alğı-satqı müqavilələri üçün müəyyənləşdirilmiş forma tələb edilmir.

660.4. İxtiyarlı şəxs satın almaqda üstünlük hüququnu həyata keçirmək üçün mükəlləfiyyətli şəxslə alğı-satqı müqaviləsi bağlayır. Müqavilənin şərtləri mükəlləfiyyətli şəxslə üçüncü şəxs arasında razılaşdırılır. Əgər alış qiyməti cari qiymətdən yüksəkdirsə, ixtiyarlı şəxs onun cari qiymət səviyyəsinədək azaldılmasını tələb edə bilər. İxtiyarlı şəxs həmin hüququ həyata keçirdikdə mükəlləfiyyətli şəxs alğı-satqı müqaviləsini ləğv edə bilər. Müqavilə iştirakçılarının hüquqi müdafiə vasitələri alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilir. Əgər ixtiyarlı şəxs satın almaqda üstünlük hüququnu həyata keçirənədək əşyaya mülkiyyət hüququnu üçüncü şəxs arxayın əldə etmişdirsə, mükəlləfiyyətli şəxs barəsində ixtiyarlı şəxsin hüquqi müdafiə vasitələri onun icra etməmə nəticəsində zərərin əvəzinin ödənilməsi tələbi ilə məhdudlaşdırılır.

660.5. Mükəlləfiyyətli şəxsin üçüncü şəxslə razılaşması alğını satın almaqda üstünlük hüququnun həyata keçirilməməsindən asılı etdikdə və ya satın almaqda üstünlük hüququnun həyata keçirildiyi halda mükəlləfiyyətli şəxsin imtina hüququnu qüvvədə saxladıqda həmin razılaşmanın üstün satın almağa ixtiyar verilmiş şəxs üçün qüvvəsi yoxdur.

660.6. Əgər üçüncü şəxs üstün satın almağa ixtiyar verilmiş şəxsin icra etməyə qadir olmadığı hər hansı əlavə öhdəliyin icrasını müqaviləyə əsasən üzərinə götürürsə, ixtiyar verilmiş şəxs öhdəliyin icrası əvəzinə onun dəyərini ödəməlidir. Əgər öhdəliyi pulla qiymətləndirmək mümkün deyildirsə, satın almaqda üstünlük hüququnun həyata keçirilməsi istisna edilir. Lakin əgər üçüncü şəxslə müqavilə həmin öhdəliksiz də bağlana bilərsə, hər hansı əlavə öhdəlik haqqında şərt nəzərə alınmır.

660.7. Əgər üçüncü şəxs satın almaqda üstünlük hüququnun şamil edildiyi hər hansı obyekti digər obyektlərlə birlikdə ümumi qiymətə alırsa, üstün satın almağa ixtiyar verilmiş şəxs həmin ümumi qiymətin ağlabatan hissəsini ödəməlidir. Mükəlləfiyyətli şəxs tələb edə bilər ki, satın almaqda üstünlük hüququ bütün bölünməz əşyalara şamil edilsin.

660.8. Ayrı şərt qoyulmayıbsa, satın almaqda üstünlük hüququ ixtiyarlı şəxsin vərəsələrinə verilmir və keçmir. Hüquq konkret müddətlə məhdudlaşdırıldıqda, o, şübhə halında vərəsəlik üzrə verilir.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   445   446   447   448   449   450   451   452   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin