Maddə 661. Digər üstünlük hüquqları
Tətbiq edilə bildiyi halda bu Məcəllənin 659 və 660-cı maddələrinin müddəaları müvafiq olaraq digər üstünlük hüquqları, o cümlədən satılmış əşyanın yenidən alınması (satın alınması) hüququ və kirayəyə və ya icarəyə götürməkdə üstünlük hüquqları üçün etibarlıdır.
31-ci fəsil.
Dəyişdirmə
Maddə 662. Dəyişdirmə müqaviləsi
662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.
662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
662.3. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.
Dostları ilə paylaş: |