Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 698. Kirayəyə verənin girov hüququ



Yüklə 0,51 Mb.
səhifə475/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   471   472   473   474   475   476   477   478   ...   904
Maddə 698. Kirayəyə verənin girov hüququ

 

698.1. Hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir. Girov hüququ cari və növbəti ildən də uzun müddət üçün zərərin əvəzinin ödənilməsi və kirayə haqqının verilməsi haqqında gələcək tələblər üzrə həyata keçirilə bilməz. Bu hüquq girov qoyula bilməyən əşyalara şamil edilmir.



698.2. Torpaq sahəsindən və ya otaqlardan əşyaların aparılması kirayəyə verənin girov hüququnu ləğv edir, amma əşyaların kirayəyə verənə xəbər verilmədən və ya onun şikayəti üzrə aparıldığı hallar istisna təşkil edir. Əgər əşyalar kirayəçinin müəssisəsinin hüquqa uyğun işi çərçivəsində və ya adi yaşayış şəraiti çərçivəsində aparılmışdırsa və ya qalan əşyalar kirayəyə verənin təmin edilməsi üçün aşkar yetərlidirsə, kirayəyə verən əşyaların aparılması barədə şikayət verə bilməz.

698.3. Kirayəyə verən onun girov hüququnun şamil edildiyi əşyaların aparılmasına məhkəməyə müraciət etmədən də mane ola bilər və əgər kirayəçi torpaq sahəsini və ya otağı boşaldırsa, həmin əşyalara sahibliyə başlaya bilər. Əşyalar kirayəyə verənə xəbər verilmədən və ya onun şikayəti üzrə aparıldıqda kirayəyə verən onların torpaq sahəsinə qaytarılması məqsədilə verilməsini və əgər kirayəçi torpaq sahəsini və ya otağı boşaltmışsa, onlara sahiblik hüququnun verilməsini tələb edə bilər. Əgər kirayəyə verən öz hüququnu daha əvvəl məhkəmə qaydasında həyata keçirməmişsə, girov hüququ əşyaların aparılması barədə kirayəyə verənə xəbər verildikdən bir ay sonra ləğv edilir.

698.4. Kirayəçi kirayəyə verənin girov hüququnun həyata keçirilməsinin qarşısını təminat vermək yolu ilə ala bilər; hər hansı ayrıca əşyanı onun dəyəri miqdarında təminat verərək girov hüququndan azad edə bilər.

698.5. Əgər kirayəyə verənin girov hüququnun şamil edildiyi hər hansı əşya başqa kreditor üçün girov götürülürsə, həbs qoyulmasından bir il əvvəldən çox müddət üçün kirayə haqqı ilə bağlı girov hüququ həmin kreditora qarşı irəli sürülə bilməz.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   471   472   473   474   475   476   477   478   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin