Maddə 820. Komisyonçunun təminat hüququ
820.1. Komisyonçunun hər hansı komisyon əqdindən və ya əvvəlki komisyon əqdlərindən komitentə qarşı əmələ gəlmiş tələbləri əsasında komisyonçu sənədlərə əsasən sahiblik etdiyi və ya sərəncam verə bildiyi komisyon malına qanuni girov hüququ əldə edir. Komisyon malının komitentin mülkiyyətində olmadığı, lakin komisyonçunun həmin malı onun komitentə mənsub olduğunu vicdanlı qəbul etdiyi halda da komisyonçu bu mala girov hüququnu əldə edir.
820.2. Komisyonçu komisyon əqdinin icrası əsasında üçüncü şəxsə qarşı mövcud olan tələblər üzrə təminat ala bilər.
Maddə 821. Komissiya müqaviləsinə xitam verilməsi
821.1. Komisyonçunun öldüyü halda komissiya müqaviləsinə xitam verilir.
821.2. Komissiya müqaviləsinin iştirakçıları istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Əgər müqavilənin ləğvinə dair komitent bildiriş verirsə, komisyonçunun çəkdiyi xərclərin əvəzini ona ödəməlidir.
45-ci fəsil.
Saxlama
Dostları ilə paylaş: |