Maddə 825. Yük götürənin (saxlayıcının) hüquqları
825.1. Saxlayıcı şərtləşdirilmiş saxlama növünü dəyişdirmək hüququna o halda malikdir ki, tapşıranın vəziyyəti bildikdən sonra buna razı olacağını şəraiti nəzərə almaqla ehtimal edə bilsin. Buna qədər isə saxlayıcı dəyişiklik barəsində tapşırana bildiriş verməli və əgər ləngimə risklə bağlı deyildirsə, onun qərarını gözləməlidir.
825.2. Əgər saxlama üçün müddət təyin edilməyibsə, saxlayıcı istənilən vaxt tapşırandan əşyanı geri götürməyi tələb edə bilər, bu şərtlə ki, həmin tələb tapşıran üçün açıq-aşkar qeyri-münasib vaxtda irəli sürülməsin və əlverişsiz müddətdə icra edilməli olmasın. Saxlama müddəti müəyyənləşdirildikdə saxlayıcı əşyanın geri götürülməsini yalnız vacib əsaslar üzrə tələb edə bilər.
Maddə 826. Əvəz edilə bilən əşyaların saxlanması
826.1. Əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir.
826.2. Əgər saxlamaya digər əvəz edilən əşyalar və ya sənədli qiymətli kağızlar qəbul edilirsə, saxlayıcı onlara dair yalnız o halda sərəncam verə bilər ki, tapşıran buna birbaşa icazə vermiş olsun.
Dostları ilə paylaş: |