Maddə 839. Tacirin məsuliyyəti
839.1. Tacir malın saxlanması üçün komisyonçu kimi məsuliyyət daşıyır.
839.2. Tacir konsiqnasiya malını oğurlanmadan, yanmadan və üçüncü şəxs tərəfindən zədələnmədən sığorta etdirmək hüququna malikdir və tapşıranın tələbi ilə bunu onun hesabına etməyə borcludur.
Maddə 840. Konsiqnasiya anbarından malın götürülməsi
840.1. Konsiqnasiya anbarı haqqında müqavilənin qüvvədə olduğu müddətdə tacirin öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürmək hüququ vardır.
840.2. Konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alğı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alğı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir.
840.3. Tapşıran istənilən vaxt tacirin mal götürmək səlahiyyətini qabaqcadan ləğv edə bilər, bir şərtlə ki, bununla birlikdə o, konsiqnasiya anbarını dərhal geri qəbul etmək təklifini versin.
Maddə 841. Konsiqnasiya anbarında saxlama muzdu
Ayrı razılaşma olmadıqda konsiqnasiya anbarında saxlama üçün tacirə heç bir muzd verilməməlidir.
46 – cı fəsil.
Daşıma
Dostları ilə paylaş: |