Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari



Yüklə 0,51 Mb.
səhifə620/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   616   617   618   619   620   621   622   623   ...   904
Maddə 890. Təkrarsığorta

 

890.1. Təkrarsığorta sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı və ya təkrarsığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada təkrarsığortaçı ilə bölüşdürülməsi və ya təkrarsığortaçıya ötürülməsidir.



890.2. Təkrarsığortanın şərtləri təkrarsığortaçı və təkrarsığortalı arasında yazılı formada bağlanan təkrarsığorta müqaviləsi ilə müəyyən edilir.

890.3. Bu Məcəllənin 940-cı maddəsində təminat şəhadətnaməsi üçün müəyyən edilmiş bütün məlumatlar təkrarsığorta müqaviləsində göstərilməlidir.

890.4. Sığortaçı və ya təkrarsığortaçı sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığortaladığı (təkrarsığortaladığı) riskləri təkrarsığorta etdirərkən müvafiq sığortalıların və ya təkrarsığortalıların razılığı tələb olunmur.

890.5. Təkrarsığorta fakultativ və ya obliqator formada, mütənasib və ya qeyri-mütənasib növlər üzrə aparıla bilər.

890.6. Mütənasib təkrarsığorta müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsinin baş verdiyi təqdirdə, təkrarsığortaçının təkrarsığorta müqaviləsi üzrə qəbul etdiyi sığorta riskinə mütənasib məbləğdə sığorta ödənişi vermək öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür.

890.7. Qeyri-mütənasib təkrarsığorta müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsinin baş verdiyi təqdirdə, təkrarsığortaçının təkrarsığortalının şəxsi tutumundan artıq olan məbləğdə sığorta ödənişi vermək öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür.

890.8. Fakultativ təkrarsığorta hər bir riskin ayrılıqda qiymətləndirilməsinə əsasən onun təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın formasıdır.

890.9. Obliqator təkrarsığorta təkrarsığorta müqaviləsi ilə müəyyən olunan şərtlərə cavab verən bütün risklərin təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın formasıdır.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   616   617   618   619   620   621   622   623   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin