§2. Sığorta müqaviləsinə dair başlıca tələblər
Maddə 899. Sığorta müqaviləsinin forması
899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır:
899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;
899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada.
899.1-1. Bu Məcəllənin 899.1-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər.
899.2. Bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.
899.3. Bu Məcəllənin 899.1-ci və 899.2-ci maddələrinə əməl edilməməsinə görə sığortaçı məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |