Maddə 930. Sığorta məbləğinin sığorta ödənişinə uyğun olaraq azalması
930.1. İcbari sığorta qanunlarında və ya sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur, lakin sığorta müqaviləsi üzrə təminat qismən sığorta təminatı sayılmır. İcbari sığorta qanunlarında başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil.
930.2. Bu Məcəllənin 930.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər.
Dostları ilə paylaş: |