Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 91-1. Məhdud məsuliyyətli cəmiyyətin direktorlar şurası (müşahidə şurası)



Yüklə 0,51 Mb.
səhifə71/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   67   68   69   70   71   72   73   74   ...   904
Maddə 91-1. Məhdud məsuliyyətli cəmiyyətin direktorlar şurası (müşahidə şurası)

 

 91-1.1. Bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulmuş halda yaradılmış direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir. Əgər nizamnamədə təftiş komissiyasının seçilməsi (müfəttişin təyin edilməsi) nəzərdə tutulmamışdırsa, bu Məcəlləyə uyğun olaraq təftiş komissiyasının (müfəttişin) səlahiyyətləri direktorlar şurasına (müşahidə şurasına) verilə bilər.



91-1.2. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir.

91-1.3. Cəmiyyətin təkbaşına rəhbəri, kollegial icra orqanının rəhbəri (üzvü), kənar idarəçi direktorlar şurasının (müşahidə şurasının) üzvü ola bilməz.



91-1.4. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) sədri onun iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin), icra orqanının, şura üzvlərinin və nizamnamə ilə müəyyən edilə bilən digər şəxslərin tələbi ilə də direktorlar şurasının (müşahidə şurasının) iclası şuranın sədri tərəfindən çağırılır. Şuranın iclasının keçirilməsi qaydaları cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

91-1.5. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, şuranın sədrinin səsi həlledici hesab edilir.

91-1.6. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) iclasının yerini, vaxtını, iştirakçılarını, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və qərarlarını əks etdirən protokol tərtib edilir. Həmin protokol şuranın sədri və üzvləri tərəfindən imzalanır.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin