Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 992. Qiymətli kağızların dövlət qeydiyyatı



Yüklə 0,51 Mb.
səhifə711/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   707   708   709   710   711   712   713   714   ...   904
Maddə 992. Qiymətli kağızların dövlət qeydiyyatı

 

Qiymətli kağızlar (investisiya fond payı və daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dövlət qeydiyyatına alınır. 

 

Maddə 992-1. Qiymətli kağızlar bazarı və qiymətli kağızlar bazarının iştirakçıları



 

992-1.1. Qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin bağlanması, digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur.

992-1.2. Qiymətli kağızlar bazarının iştirakçıları qiymətli kağızların emissiyasında, tədavülündə, ödənilməsində, sahibliyində, saxlanılmasında, qiymətli kağızlarla əməliyyatların aparılmasında subyekt və ya tərəf kimi çıxış edən şəxslər, habelə qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən dövlət və qeyri-kommersiya təşkilatları olan qiymətli kağızlar bazarının iştirakçılarının özünü tənzimləyən təşkilatlarıdır.

992-1.3. Emitent qiymətli kağızların emissiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirən şəxs, müvafiq icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı və ya bələdiyyədir.

992-1.4. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət hüquqi və ya fiziki şəxslər tərəfindən qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilən sahibkarlıq fəaliyyətidir.

992-1.5. Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərdir.

992-1.6. Qiymətli kağızların nominal saxlayıcısı hüquq sahibinin tapşırığı ilə və onun xeyrinə qiymətli kağız sahiblərinin reyestrində qeydə alınmış və bu qiymətli kağızların hüquqi mülkiyyətçisi olmayan şəxsdir.

992-1.7. Broker fəaliyyəti müştərinin hesabına tapşırıq və ya komisyon müqaviləsi əsasında müvəkkil və ya komisyonçu kimi fəaliyyət göstərən, həmin müştərinin mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir.

992-1.8. Diler fəaliyyəti öz adından və öz hesabına əvvəlcədən kütləvi elan olunmuş alış və (və ya) satış qiymətləri ilə qiymətli kağızlar üzrə alqı -satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir. Kütləvi elan açıq elan formasında edilmiş təklifdir.

992-1.9. Aktivlərin idarə edilməsi müstəsna predmeti müştəriyə məxsus olub, idarəçiliyə verilmiş pul vəsaitləri, qiymətli kağızlar və qanunvericiliklə müəyyən edilmiş digər əmlakla müştərinin və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün əməliyyatların aparılmasından ibarət olan qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir.

992-1.10. Klirinq fəaliyyəti qiymətli kağızlarla əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (məlumatların toplanması, yoxlanması, üzləşdirilməsi, mühasibat sənədlərinin hazırlanması), hesablaşmaların aparılması və öhdəliklərin qarşılıqlı icrasının təmin edilməsi üzrə peşəkar fəaliyyətdir.

992-1.11. Depozitar fəaliyyət qiymətli kağızların saxlanması, onlara hüquqların və öhdəliklərin yüklənməsi faktlarının uçotu və təsdiqi, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada pul hesablarının açılması, aparılması və pul köçürmələri ilə əlaqədar xidmətlər göstərilməsindən ibarət olan peşəkar fəaliyyətdir.

992-1.12. Depozitar sistemi bir-biri ilə "depo" hesabları açmaq vasitəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən depozitarların vahid sistemidir.

992-1.13. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qiymətli kağızlar, onların emitenti, sahibləri, nominal saxlayıcıları barədə məlumatların toplanması, qeydə alınması, işlənməsi, saxlanması və təqdim edilməsi xidmətlərinin göstərilməsi üzrə peşəkar fəaliyyətdir.

992-1.14. Fond birjası qiymətli kağızlarla əqdlərin bağlanması üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, onlar haqqında lazımi məlumatın yayılması üzrə peşəkar fəaliyyətdir.

992-1.15. İnvestor qiymətli kağızları mülkiyyətinə əldə etmiş şəxsdir.

992-1.16. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının könüllülük, qeyri-kommersiya prinsipləri əsasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olan ictimai birliyidir.

992-1.17. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış, qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsidir. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya yol verilmir.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   707   708   709   710   711   712   713   714   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin