Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 996. Sənədsiz qiymətli kağızlar



Yüklə 0,51 Mb.
səhifə714/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   710   711   712   713   714   715   716   717   ...   904
Maddə 996. Sənədsiz qiymətli kağızlar

 

996.1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağız mülkiyyətçisinin adı və digər rekvizitləri mərkəzi depozitardakı yazıda əks olunmuş elektron sənəd formasında olan qiymətli kağızdır. Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağızlara tətbiq edilmir.

996.2. Hüququ sənədsiz formada təsbit etmiş şəxs hüquq sahibinin tələbi ilə ona təsbit edilmiş hüququ təsdiqləyən sənəd verməlidir.



996.2-1. İpoteka kağızına mülkiyyət hüququnun yaranması, ipoteka kağızının dövlət qeydiyyatı, ipoteka kağızı üzrə hüquqların ötürülməsi (tədavülü) və ipoteka kağızına xitam verilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı yalnız elektron sənəd formasında tərtib olunur. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqlar bu Məcəllənin 1078-20.11-ci maddəsi ilə müəyyən edilmiş tələblərin elektron qaydada təmin edilməsi yolu ilə ötürülür.

996.3. Göstərilən təsbit yolu ilə təsdiqlənən hüquqlar, hüquqların və hüquq sahiblərinin rəsmən təsbit edilməsi qaydası, qeydlərin sənədli surətdə təsdiqlənməsi qaydası və sənədsiz qiymətli kağızlarla əməliyyatların aparılması qaydası qanunla və ya qanunun müəyyənləşdirdiyi qaydada təyin edilir.

996.4. Sənədsiz qiymətli kağızlarla əməliyyatlar yalnız hüquqların qeydiyyatını aparan şəxsə müraciət etməklə aparıla bilər. Hüquqların başqasına verilməsi, təqdim olunması və məhdudlaşdırılması rəsmi yazıların salamatlığı, onların məxfiliyinin təmin edilməsi, bu cür yazılar haqqında düzgün məlumatlar verilməsi, aparılmış əməliyyatlar haqqında rəsmi qeydlərin yazılması üçün məsuliyyət daşıyan bu şəxs tərəfindən rəsmən təsbit edilməlidir.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   710   711   712   713   714   715   716   717   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin