§5. İstiqraz
Maddə 1070. İstiqraz anlayışı
İstiqraz emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır.
Maddə 1071. İstiqraz şəklində borc öhdəliyindən irəli gələn tələblərin ödənilməsi – çıxarılmışdır.
Maddə 1072. İstiqrazların etibarsız elan edilməsi – çıxarılmışdır.
Maddə 1073. Faizli qiymətli kağız kuponları, renta kağızları və dividend kuponları – çıxarılmışdır.
Maddə 1074. Kartoçkalar, markalar və oxşar sənədlər – çıxarılmışdır.
Maddə 1075. Açıq borc istiqrazları. Emissiya prospektinin məcburiliyi – çıxarılmışdır.
Maddə 1076. Konversiya borcu istiqrazları
1076.1. Konversiya borcu istiqrazları açıq səhmdar cəmiyyətləri tərəfindən buraxılan borc öhdəlikləri olub, nəinki faizlərin hesablanmasını tələb etmək hüququ, həm də onları eyni növ qiymətli kağızlara dəyişmək hüququ və ya yeni səhmlər əldə etməkdə üstünlük hüququ verir.
1076.2. Konversiya borcu istiqrazları yalnız emissiya prospekti əsasında açıq abunə yazılışı üçün buraxıla və ya birjaya çıxarıla bilər. Emissiya prospekti barəsində bu Məcəllənin 1078-12-ci maddəsi müvafiq surətdə tətbiq olunur. Prospektdə əlavə olaraq aşağıdakılar göstərilməlidir:
1076.2.1. istiqrazların dəyişdirilməsi və ya səhmlərin əldə edilməsi müddəti;
1076.2.2. konversiya borcu istiqrazlarının səhmlərə dəyişdirilməsi hansı nisbətdə aparılmalıdır və ya konversiya borcu istiqrazları şəklində borc öhdəliyi ilə bağlı üstünlük hüququ əsasında hansı məbləğdə səhmlərin əldə edilməsi mümkündür;
1076.2.3. hansı məbləğdə əlavə haqq mümkündür.
1076.3. Konversiya borcu istiqrazının sahibi istiqrazdan irəli gələn hüquqları ilə kifayətlənə bilər və dəyişdirmə hüququnu və ya əldə etməyə üstünlük hüququnu həyata keçirməyə borclu ola bilməz.
Dostları ilə paylaş: |