Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari



Yüklə 0,51 Mb.
səhifə768/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   764   765   766   767   768   769   770   771   ...   904
Maddə 1078-21. Qiymətli kağızla təsdiqlənmiş hüquqların ötürülməsi

 

1078-21.1. Qiymətli kağızla təsdiqlənmiş hüquqlar bu Məcəllənin 993-cü maddəsinə və bu maddədə müəyyən edilmiş xüsusiyyətlərə uyğun olaraq ötürülür.



1078-21.2. Adsız sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar onun sertifikatının yeni sahibinə verilməsi ilə ötürülür.

1078-21.3. Mərkəzi depozitarda saxlanılan adsız sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar qiymətli kağızların yeni mülkiyyətçisinin “depo” hesabına köçürülməsi yolu ilə ötürülür.



1078-21.4. Bu Məcəllənin 996.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, digər sənədsiz qiymətli kağızla təsdiqlənmiş hüquqlar qiymətli kağızlar üzrə depozitar sistemində qiymətli kağızlar mülkiyyətçisinin depo hesabından yeni mülkiyyətçinin depo hesabına köçürülməsi yolu ilə ötürülür.

1078-21.5. Adlı sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar yeni mülkiyyətçiyə qiymətli kağızları (sertifikatları) verməklə qiymətli kağız mülkiyyətçilərinin reyestrində müvafiq qeydin aparılması yolu ilə və ya indossament əsasında ötürülür. Mərkəzi depozitarda saxlanılan adlı sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar mülkiyyətçinin “depo” hesabından yeni mülkiyyətçinin “depo” hesabına qiymətli kağızların köçürülməsi yolu ilə ötürülür.

1078-21.6. Qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar əldə edən şəxsə həmin kağızlara mülkiyyət hüququ keçən andan keçir.

1078-21.7. Veksel, ipoteka (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) və girov kağızları ilə təsdiqlənmiş hüquqlar ixtiyarlı mülkiyyətçinin kağız üzərində etdiyi sərəncam vasitəsi ilə yeni mülkiyyətçiyə ötürülür. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqların ötürülməsi bu Məcəllənin 996.2-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

1078-21.8. Qanunvericiliklə bu Məcəllənin tələbləri nəzərə alınmaqla qiymətli kağızların ayrı-ayrı növləri üzrə hüquqların keçməsinə əlavə üsul və xüsusatlar müəyyən edilə bilər.

1078-21.9. Adlı sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqların ötürülməsi zamanı qiymətli kağızın sertifikatının yeni mülkiyyətçinin adına rəsmiləşdirilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

1078-21.10. Yeni mülkiyyətçi hüquqların keçməsi üzrə qanunvericiliklə müəyyən edilmiş hərəkətlərin icrası və hüquqların qeydiyyatından sonra qiymətli kağızla təsdiqlənmiş hüquqları əldə edir.

1078-21.11. Veksel, ipoteka və girov kağızları ilə təsdiqlənmiş hüququ ötürən şəxs (indossant) təkcə hüququn mövcudluğuna görə deyil, həm də onun həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Digər növ qiymətli kağızla təsdiqlənmiş hüququ ötürən şəxs müvafiq tələbin etibarsızlığına görə məsuliyyət daşıyır, lakin onun icra edilməməsi üçün məsuliyyət daşımır.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   764   765   766   767   768   769   770   771   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin