Maddə 1078-22. Qiymətli kağızlarla təsdiqlənmiş hüquqların həyata keçirilməsi
1078-22.1. Sənədli qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar qiymətli kağızların mülkiyyətçisi tərəfindən həmin qiymətli kağızların sertifikatının təqdim edilməsi ilə həyata keçirilir.
1078-22.2. Bu Məcəllənin 996.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, digər sənədsiz qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar həmin qiymətli kağızlar barədə reyestr və ya "depo" hesablarında mülkiyyətçi, yaxud nominal saxlayıcı barədə olan məlumatlarla reyestrdə qeydə alınmış şəxs barədə məlumatların eyniləşdirilməsi ilə həyata keçirilir.
1078-22.3. Sənədli qiymətli kağızların sertifikatları mərkəzi depozitarda saxlandıqda həmin qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar mülkiyyətçinin tapşırığı ilə mərkəzi depozitarda saxlanılan qiymətli kağızın sertifikatının (mülkiyyətçilərin siyahısı əlavə olunmaqla) depozitar tərəfindən təqdim edilməsi ilə həyata keçirilir.
Dostları ilə paylaş: |