Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 1078-23. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi



Yüklə 0,51 Mb.
səhifə770/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   766   767   768   769   770   771   772   773   ...   904
Maddə 1078-23. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi

 

1078-23.1. Qiymətli kağızlar girovla və bu Məcəllədə nəzərdə tutulmuş digər öhdəliklərlə yüklənə bilər və belə yüklənmə qiymətli kağızlar üzrə depozitar sistemində qeydiyyata alındığı andan qüvvəyə minir.

1078-23.2. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi qaydası bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilir.

1078-23.3. Qiymətli kağızların girovu barədə səlahiyyətli orqanların qəbul etdikləri qərarlar barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının apardığı rəsmi reyestrdə əks etdirilir.

1078-23.4. Qiymətli kağızlar üzrə girovun (ipotekanın) predmeti olan qiymətli kağızlarla rəsmiləşdirilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi və ya hüquqların keçməsi həmin əmlaka tutmanın yönəldilməsi və ya hüquqların keçməsidir. Qiymətli kağızlarla rəsmiləşdirilmiş hüquqlar (daşınmaz əmlakın ipotekası da daxil olmaqla) üzrə mülkiyyətin əldə edənə keçməsi həmin qiymətli kağızın verilməsi ilə həyata keçirilir.



1078-23.5. Girov kağızı və ipoteka kağızının (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) tədavülü qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. 

1078-23.6. Qiymətli kağızlar üzrə girov hüquqları yalnız onların mülkiyyətçilərinin tapşırıqları əsasında depozitar sistemində qeydiyyata alınnmalıdır.

1078-23.7. Bu Məcəllənin 1078-23.6-ci maddəsində nəzərdə tutulmuş tapşırıqda aşağıdakılar öz əksini tapmalıdır:

1078-23.7.1. mülkiyyətçinin və hüquqların xeyrinə qoyulduğu üçüncü şəxslər barədə məlumatlar (hüquqi şəxs olduqda - onun tam adı, ünvanı; fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, ünvanı);

1078-23.7.2. mülkiyyətçinin və hüquqların xeyrinə qoyulduğu üçüncü şəxsin mərkəzi depozitarda olan fərdi eyniləşdirmə nömrələri;

1078-23.7.3. qiymətli kağızların növü, forması, qeydiyyat nömrəsi və sayı;

1078-23.7.4. qiymətli kağızlar üzrə yüklənən hüquqların növü və qüvvədə olma müddəti (olduqda);

1078-23.7.5. qiymətli kağızlar üzrə hüquqların ötürülməsini təsdiq edən sənədlər;

1078-23.7.6. mülkiyyətçinin imzası.

1078-23.8. Qiymətli kağızlar üzrə girov hüquqları onların depozitar sistemində qeydiyyata alındığı andan yaranır. Girov saxlayan girovda olan qiymətli kağızlar üzrə gəlirlərin əldə olunması hüququna malikdirsə, həmin hüquqlar girovla birgə depozitar sistemində qeydiyyata alınır.

1078-23.9. Qiymətli kağızlarla girov predmetinə tutmanın yönəldilməsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda məhkəmədən kənar qaydada həyata keçirilir.

1078-23.10. Borclu öhdəliyi icra etmədikdə girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında girov qoyana aşağıdakı məlumatları özündə əks etdirən bildiriş göndərməlidir:

1078-23.10.1. girovun mərkəzi depozitarda uçota alındığı tarixi;

1078-23.10.2. girov predmeti barədə məlumat (qiymətli kağızların emitentinin adı, qiymətli kağızların qeydiyyat nömrəsi, növü, forması, sayı, nominal dəyəri);

1078-23.10.3. icra olunmalı öhdəlik barədə məlumat;

1078-23.10.4. girov predmetinə tutmanın yönəldilməsinin girov müqaviləsində nəzərdə tutulduğu və ya girov kağızının verildiyi hallar istisna olmaqla, girov predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi barədə təklif və ya girov predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq;

1078-23.10.5. bildirişin tarixi, bildirişi verən şəxsin vəzifəsi, adı və imzası.

1078-23.11. Girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi girov qoyana göndərildiyi tarixdən etibarən yeddi iş günü ərzində mərkəzi depozitara göndərilməlidir.

1078-23.12. Mərkəzi depozitar üç iş günü ərzində bildirişi qeydə alır, girov qoyulmuş qiymətli kağızlarla əməliyyatları dayandırır və bu barədə girov saxlayana məlumat verir.

1078-23.13. Girov predmetinə tutmanın yönəldilməsi məhkəmədən kənar qaydada həyata keçirildikdə, girov predmeti girov qoyanla girov saxlayanın razılaşması əsasında fond birjasında satışa çıxarılır.

1078-23.14. Məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılır.

1078-23.15. Girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır.

1078-23.16. Girov predmeti fond birjasında satılmadıqda, girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur.

1078-23.17. Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

1078-23.18. Girov müqaviləsi tənzimlənən bazarlarda maliyyə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə bağlanıldıqda və həmin müqavilədə girov predmeti pul və ya tənzimlənən bazarda ticarət olunan qiymətli kağızlar və ya törəmə maliyyə alətləri olduqda və girov saxlayan və ya girov qoyan Azərbaycan Respublikasının Mərkəzi Bankı, mərkəzi depozitar, bank, sığorta şirkəti və ya investisiya şirkəti olduqda və girovla təmin edilmiş borc yalnız tənzimlənən bazarda alğı-satqı əməliyyatlarının keçirilməsi üçün istifadə olunduqda bu cür girov maliyyə girovu hesab olunur.

1078-23.19. Girov saxlayanla girov qoyan arasında bağlanılan girov müqaviləsində nəzərdə tutulduğu halda maliyyə girovu üzrə öhdəliklər borclu tərəfindən icra edilmədikdə, girov predmeti məhkəmədənkənar qaydada girov saxlayanın mülkiyyətinə keçir. Bu maddədə nəzərdə tutulmuş müqavilənin notariat qaydada təsdiq edilməsi tələb olunmur.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   766   767   768   769   770   771   772   773   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin