Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 1078-27. Qiymətli kağızların dövriyyədən çıxarılması



Yüklə 0,51 Mb.
səhifə773/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   769   770   771   772   773   774   775   776   ...   904
Maddə 1078-27. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi

 

1078-27.1. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir:



1078-27.1.1. səhmlər barəsində səhmdarların ümumi yığıncağının qərarı ilə;

1078-27.1.2. qiymətli kağızların emissiyasının baş tutmamış hesab edildiyi halda maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə;

1078-27.1.3. qiymətli kağızların buraxılışı məhkəmə tərəfindən etibarsız hesab edildikdə;

1078-27.1.4. emitentin fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verildikdə;



1078-27.1.4-1. tədavül müddəti bitdikdən sonra qiymətli kağızlar ödənildikdə;

1078-27.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

1078-27.2. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər dövlət qeydiyyatına alınmış qiymətli kağızlar dövriyyədən çıxarıldıqda və ya ləğv edildikdəmaliyyə bazarlarına nəzarət orqanı qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər etməlidir.

1078-27.3. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi kütləvi informasiya vasitələrində dərc olunmalıdır.

1078-27.4. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir.

1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.

1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

 

 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   769   770   771   772   773   774   775   776   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin