§ 17. Qiymətli kağızlar bazarında investorların maraqlarının müdafiəsi
Maddə 1078-42. Qiymətli kağızlar bazarında məlumatların açıqlanması
1078-42.1. Qiymətli kağızlar bazarında məlumatların açıqlanması hər bir maraqlı şəxsin həmin məlumatlarla tanış olması imkanının təmin edilməsindən ibarətdir.
1078-42.2. Bu Məcəllə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada emitent, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, qiymətli kağızlar bazarının özünü tənzimləyən təşkilat fəaliyyətləri ilə bağlı kütləvi informasiya vasitələrində məlumatları açıqlamalıdırlar. Hamı üçün müəssər olan məlumatlar açıqlanmış məlumatlar hesab olunur.
Maddə 1078-43. Emitent tərəfindən məlumatların açıqlanması
1078-43.1. Kütləvi təklif vasitəsi ilə yerləşdirilən qiymətli kağızların emitenti dərc etmək və müvafiq icra hakimiyyəti orqanına təqdim etmək yolu ilə özünün qiymətli kağızları və maliyyə-təsərrüfat fəaliyyəti haqqında aşağıdakı məlumatlan açıqlamağa borcludur:
1078-43.1.1. emitentin illik hesabatını;
1078-43.1.2. onun maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər haqqında məlumatları;
1078-43.1.3. qiymətli kağızların emissiya prospektini;
1078-43.1.4. qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatını.
1078-43.2. Emitentin açıqlanmalı olan qiymətli kağızlar haqqında illik hesabatına, maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələrin və hərəkətlərin, qiymətli kağızların emissiya prospekti, emissiyasının yekunları haqqında məlumatların dairəsi, onlar barəsində tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-43.3. Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilir və təsdiq edildiyi tarixdən etibarən otuz gündən gec olmayaraq açıqlanır.
1078-43.4. Emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər barədə məlumat müvafiq icra hakimiyyəti orqanına həmin hərəkətlər və hadisələr baş verdiyi gündən on beş gündən gec olmayaraq təqdim olunur.
1078-43.5. Banklar və digər kredit təşkilatları tərəfindən məlumatların açıqlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının rəyi alınmaqla müəyyən edilir.
Maddə 1078-44. Fond birjası tərəfindən məlumatın açıqlanması
Fond birjası nizamnaməsi, qaydaları, üzvlərinin siyahısı, dövriyyəyə buraxılan qiymətli kağızları, bağlanılan əqdlər haqqında məlumatları açıqlamalıdır.
Maddə 1078-45. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı tərəfindən məlumatların açıqlanması
Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilat nizamnaməsi, qaydaları, standartları və üzvləri haqqında məlumatları açıqlamalıdır.
Dostları ilə paylaş: |