Maddə 1302. Vərəsəlikdə üstünlük hüququ
Miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır.
Maddə 1303. Yaşayış evini almaqda üstünlük hüququ
Miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır.
Maddə 1304. Vərəsələrin əmlak mənafelərinin nəzərə alınması
Üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər.
Maddə 1305. Kompensasiyaya möhlət verilməsi
Üstünlük hüququnu həyata keçirən vərəsələrin tələbi ilə məhkəmə kompensasiyanın həcmini nəzərə almaqla, ona on ildən çox olmayan müddətə möhlət verə bilər.
72 – ci fəsil.
Vərəsələr tərəfindən kreditorların təmin edilməsi
Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti
1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
1306.3. Çıxarılmışdır.
Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü
Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
Maddə 1308. Borcun ödənilməsinin vərəsəyə həvalə edilməsi
Vəsiyyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər.
Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi
Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
Maddə 1310. Kreditorların tələblərinin irəli sürülməsi müddəti – çıxarılmışdır.
Maddə 1311. Ümumi iddia müddətlərinin tətbiqi – çıxarılmışdır.
Maddə 1312. İcra müddətinin təxirə salınması
Əgər kreditor tələbi icra müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət çatanadək təxirə sala bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə bilər.
Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü
Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər.
Maddə 1314. Dövlətin kreditorlar qarşısında məsuliyyəti
Vərəsələri olmayan əmlak dövlətə keçdikdə, miras qoyanın borcları üzrə o, vərəsə kimi məsuliyyət daşıyır.
Maddə 1315. Mirasın kreditor tərəfindən alınmasının nəticələri
Əgər miras qoyan öz əmlakını kreditora vəsiyyət etmişdirsə, bu, kreditorun tələb hüququnun əvəzləşdirilməsi sayıla bilməz.
Maddə 1316. Kreditorların təmin edilməsi qaydası – çıxarılmışdır.
73-ci fəsil.
Mirasın qorunması
Maddə 1317. Mirasın qorunması anlayışı
1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.
1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.
Maddə 1318 . Vərəsələrin axtarılması
Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
Maddə 1319 . Əmlak idarəçisinin təyin edilməsi
Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər.
Maddə 1320 . Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər
Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.
74 – cü fəsil.
Vərəsəlik şəhadətnaməsi
Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı
1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət
Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
Maddə 1323. Şəhadətnaməyə yazılmağa razılıq
Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir.
Maddə 1324. Vərəsənin vərəsəsinə vərəsəlik şəhadətnaməsi verilməsi
Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər.
Maddə 1325. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi
Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar:
1. 26 may 2000-ci il tarixli 886-IQ nömrəli “Azərbaycan Respublikası Müli Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvəyə minmə müddətlərinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, №5, maddə 323)
2. 26 dekabr 2000-ci il 48-IIQ saylı “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, №12, maddə 835)
3. 6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, №12, maddə 709)
4. 17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, №8, maddə 420)
5. 23 dekabr 2003-cü il tarixli 566 -IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123)
6. 20 aprel 2004-ci il tarixli 639-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, №5, maddə 318)
7. 1 iyun 2004-cü il tarixli 677-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 6, maddə 415)
8. 7 sentyabr 2004-cü il tarixli 731-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, №10, maddə 761)
9. 26 oktyabr 2004-cü il tarixli 782-IIQD nömrəli "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 901)
10. 24 dekabr 2004-cü il tarixli 815-IIQD nömrəli “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 2, maddə 61)
11. 15 aprel 2005-ci il tarixli 890-IIQD nömrəli “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 6, maddə 466)
12. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Məhdud məsuliyyətli müəssisələr haqqında"Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 684)
13. 24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 692)
14. 24 iyun 2005-ci il tarixli 949-IIQD nömrəli “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693)
15. 20 sentyabr 2005-ci il tarixli 995-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 995)
16. 21 oktyabr 2005-ci il tarixli 1038-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 12, maddə 1085)
17. 23 dekabr 2005-ci il tarixli 39-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 68)
18. 3 mart 2006-cı il tarixli 80-IIIQD nömrəli “Azərbaycan Respublikasının Mülki məcəlləsinə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 5, maddə 387)
19. 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478)
20. 20 oktyabr 2006-cı il 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)
21. 01 fevral 2007-cı il tarixli 234-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 80)
22. 17 aprel 2007-ci il 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə 560)
23. 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745)
24. 9 oktyabr 2007-ci il tarixli 428-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 937)
25. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-cı il, № 11, maddə 1053)
26. 7 dekabr 2007-ci il tarixli 506-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1215)
27. 7 dekabr 2007-ci il tarixli 510-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1219)
28. 25 dekabr 2007-ci il tarixli 520-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 145)
29. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
30. 28 oktyabr 2008-ci il tarixli 711-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 dekabr 2008-ci il, № 279, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1049)
31. 16 dekabr 2008-ci il tarixli 742-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 47)
32. 3 aprel 2009-cu il tarixli 782-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 20 may 2009-cu il, № 107,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 295)
33. 26 may 2009-cu il tarixli 821-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 iyul 2009-cu il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 404)
34. 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qərarı (“Respublika” qəzeti 11 iyul 2009-cu il, № 149)
35. 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160)
36. 01 fevral 2010-cu il tarixli 950-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 fevral 2010-cu il, № 43, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2010-cu il, № 2, maddə 75)
37. 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171)
38. 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265)
39. 23 fevral 2010-cu il tarixli 960-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 22 aprel 2010-cu il, № 85, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2010-cı il, № 4, maddə 266)
40. 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)
41. 17 may 2011-ci il tarixli 115-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 07 iyul 2011-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 07, maddə 586)
42. 10 iyun 2011-ci il tarixli 159-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2011-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 08, maddə 750)
43. 15 noyabr 2011-ci il tarixli 247-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1102)
44. 30 sentyabr 2011-ci il tarixli 201-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 dekabr 2011-ci il, № 282, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1073)
45. 30 dekabr 2011-ci il tarixli 287-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 21 yanvar 2012-ci il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 5)
46. 6 aprel 2012-ci il tarixli 321-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu («Respublika» qəzeti, 09 may № 101 2012-ci il, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2012-ci il, № 05, maddə 403)
47. 20 aprel 2012-ci il tarixli 332-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 06 iyun 2012-ci il, № 123, “Azərbaycan” qəzeti 07 iyun 2012-ci il, № 124, Azərbaycan Respublikasэnэn Qanunvericilik Toplusu, 2012-ci il, №06, maddə 498)
48. 11 dekabr 2012-ci il tarixli 496-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2013-cü il, № 12; “Azərbaycan” qəzeti, 23 yanvar 2013-cü il, № 15; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 01, maddə 15)
49. 31 may 2013-cü il tarixli 672-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2013-cü, № 138; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 620)
50. 22 oktyabr 2013-cü il tarixli 764-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2013-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1280)
51. 29 oktyabr 2013-cü il tarixli 804-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 dekabr 2013-cü il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1469)
52. 22 noyabr 2013-cü il tarixli 819-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1478)
53. 27 dekabr 2013-cü il tarixli 879-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2014-cü il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 96)
54. 20 iyun 2014-cü il tarixli 990-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 768)
55. 24 fevral 2015-ci il tarixli 1197-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 254)
56. 15 may 2015-ci il tarixli 1283-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 may 2015-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 512)
57. 15 may 2015-ci il tarixli 1285-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2015-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 814)
58. 30 sentyabr 2015-ci il tarixli 1329-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 noyabr 2015-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1093)
59. 18 dekabr 2015-ci il tarixli 59-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2016-cı il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 26)
60. 18 dekabr 2015-ci il tarixli 68-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 fevral 2016-cı il, № 39; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 186)
61. 29 dekabr 2015-ci il tarixli 98-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2016-cı il, № 37; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 204)
62. 4 mart 2016-cı il tarixli 135-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 401)
63. 5 aprel 2016-cı il tarixli 186-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 aprel 2016-cı il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 640)
64. 5 aprel 2016-cı il tarixli 192-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 aprel 2016-cı il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 646)
65. 31 may 2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1005)
-
24 iyun 2016-cı il tarixli 301-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyul 2016-cı il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1248)
-
11 noyabr 2016-cı il tarixli 385-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2016-cı il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1998)
-
11 noyabr 2016-cı il tarixli 405-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2016-cı il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2018)
-
30 dekabr 2016-cı il tarixli 492-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral 2017-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 151)
-
30 dekabr 2016-cı il tarixli 494-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral 2017-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 153)
-
7 aprel 2017-ci il tarixli 572-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 aprel 2017-ci il, № 77)
-
7 aprel 2017-ci il tarixli 576-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2017-ci il, № 106)
-
27 aprel 2017-ci il tarixli 635-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 may 2017-ci il, № 108)
-
25 aprel 2017-ci il tarixli 638-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2017-ci il, № 138)
Dostları ilə paylaş: |