Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları



Yüklə 105,01 Kb.
səhifə14/41
tarix05.01.2022
ölçüsü105,01 Kb.
#111081
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
70.3.4. ciddi rejimli cəzaçəkmə müəssisələrindən ümumi rejimli cəzaçəkmə müəssisələrinə keçirilmiş şəxslər.

70.4. Cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar:

70.4.1. məntəqə tipli cəzaçəkmə müəssisəsindən məhkəmənin hökmdə müəyyən etdiyi rejim növündəki cəzaçəkmə müəssisəsinə;

70.4.2. məhkəmənin hökmü ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən şəxslər ümumi rejimli cəzaçəkmə müəssisəsinə;

70.4.3. ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər.

70.5. Cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi məhkəmə tərəfindən həyata keçirilir.

 

Maddə 71. Məhkumların cəzaçəkmə müəssisələrinə qəbul edilməsi qaydası



 

71.1. Məhkumlar cəzaçəkmə müəssisələrinə cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına uyğun müdiriyyət tərəfindən qəbul edilirlər.

71.2. Cəzaçəkmə müəssisələrinə yeni qəbul edilmiş məhkumlar iki həftəyədək müddətə başqa məhkumlardan ayrı saxlanılırlar.

71.3. Məhkumların ayrı saxlandığı müddətdə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən onların ana dilində və ya bildikləri başqa dildə hüquq və vəzifələri, qanunla nəzərdə tutulmuş əmək və istirahət şəraiti izah olunmalı, cəzanın icrasını tənzimləyən qanunvericilik aktları və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə tanış olmaları üçün şərait yaradılmalıdır.

 

Maddə 72. Məhkumların cəzaçəkmə müəssisələrində ayrılıqda saxlanması



 

72.1. Cəzaçəkmə müəssisələrində yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan, kişilər qadınlardan ayrılıqda saxlanılırlar.

72.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya ilk dəfə məhkum olunmuş şəxslər əvvəllər məhkum olunmuş şəxslərdən ayrılıqda saxlanılırlar. Cinayətlərin xüsusi təhlükəli residivinə görə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər başqa məhkumlardan təcrid olunmaqla ayrılıqda saxlanılırlar.

72.3. Məhkəmə və hüquq mühafizə orqanlarının sabiq işçiləri xüsusi cəzaçəkmə müəssisəsində saxlanılırlar. Həmin müəssisəyə bu Məcəllənin 12.3-cü maddəsinə uyğun olaraq başqa məhkumlar da göndərilə bilərlər.

72.4. Məhkumların ayrılıqda saxlanmasının bu Məcəllənin 72.2-ci maddəsində müəyyən edilmiş tələbləri azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisəsinə, həmçinin nəzdində uşaq evi olan cəzaçəkmə müəssisəsinə aid edilmir. Qeyd edilən müəssisələrə göndərilmiş şəxslər məhkəmənin təyin etdiyi və qanunla bu növ cəzaçəkmə müəssisəsi üçün müəyyən edilmiş şərtlərə uyğun saxlanılırlar.

72.5. Müxtəlif yoluxucu xəstəliklərə tutulmuş məhkumlar bir-birindən və sağlam məhkumlardan ayrılıqda saxlanılırlar.

72.6. Cəzasını müxtəlif rejimdə çəkən məhkumlar bir cəzaçəkmə müəssisəsində, lakin ayrılıqda və bir-birindən təcrid edilməklə saxlanıla bilərlər.

 

Maddə 73. Məhkumun cəzanı bir cəzaçəkmə müəssisəsində çəkməsi



 

73.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər bir qayda olaraq cəzalarının bütün müddətini bir cəzaçəkmə müəssisəsində, həbsxanada və ya tərbiyə müəssisəsində çəkirlər.

73.2. Məhkumun cəzanın çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə və ya bir həbsxanadan digərinə keçirilməsinə məhkumun xəstəliyi ilə əlaqədar və ya onun təhlükəsizliyini təmin etmək üçün, cəzaçəkmə müəssisəsinin yenidən təşkili və ya ləğv edilməsi, həmçinin məhkumun bu cəzaçəkmə müəssisəsində qalmasına mane olan digər müstəsna hallarda yol verilir. Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 


Yüklə 105,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin