Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları


Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzanın icrası qaydası



Yüklə 105,01 Kb.
səhifə27/41
tarix05.01.2022
ölçüsü105,01 Kb.
#111081
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
Maddə 166. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzanın icrası qaydası

 

166.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda tətbiq edilir.

166.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində təyin edilmiş əsas cəzanı icra edən orqan və ya müəssisə müəyyən edilmiş əsas cəza müddətinin bitməsinə iki ay qalmış, əsas cəza növü kimi cərimə cəzası təyin edildikdə isə cəzanın icraya yönəldilməsinə dair göstəriş daxil olduqdan dərhal sonra əlavə cəzanı icra edən orqana müvafiq hökmün surətini, məhkum, onun mənsub olduğu dövlət, cəzanın icrası (cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri, vaxtından əvvəl azad edilməsi və digər), cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi vəziyyəti barədə məlumatları təqdim edir.

166.3. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs əsas cəzasını çəkib qurtardığı və ya müəyyən olunmuş qaydada cəzadan azad olunduğu gün əsas cəzanı icra edən orqan və ya müəssisənin nümayəndəsinin müşayiəti ilə əlavə cəzanı icra edən orqana təhvil verilir.

166.4. Şəxsiyyətini təsdiq edən sənədi olmayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs əlavə cəzanı icra edən orqana əsas cəzanı icra edən orqan və ya müəssisə tərəfindən təqdim olunan azadetmə haqqında fotoşəkilli arayış əsasında təhvil verilir.

166.5. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum edilmiş şəxsin şəxsiyyətinin dəqiqləşdirilməsinə ehtiyac yarandıqda, əsas cəzanı icra edən müəssisə və ya orqan tərəfindən verilən məlumat əsasında əlavə cəzanı icra edən orqan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq tədbirlər görür.

166.6. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum olunmuş şəxslər 48 saat ərzində Azərbaycan Respublikasının ərazisindən çıxarılmalıdır. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiqi ilə bağlı sənədləşmə yubandıqda və ya çıxarılma haqqında qərarın vaxtında icrasına mane olan digər üzrlü səbəb olduqda şəxsin saxlandığı yer üzrə birinci instansiya məhkəməsi həmin cəzanı icra edən orqanın əsaslandırılmış təqdimatı əsasında çıxarılma müddətinin uzadılması məsələsinə baxır.

166.7. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının icrasından yayınmaqla hökmün icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsas olduqda, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada tutulur və hökmün icrası təmin edilir.

166.8. Bu Məcəllənin 166.7-ci maddəsində göstərilən şəxslər məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər.

166.9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılan şəxs barədə cəzanı icra edən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən yazılı məlumatlar göndərilir. Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılarkən, Azərbaycan Respublikasının sərhəd nəzarət məntəqələrinədək cəzanı icra edən orqanın əməkdaşları tərəfindən müşayiət olunur və dövlət sərhədinin buraxılış məntəqələrində müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına təhvil verilir.

166.10. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma xərclərini məhkumun özü və ya onun mənsub olduğu dövlətin diplomatik və konsulluq nümayəndəlikləri ödəyirlər. Göstərilən qaydada ödəmənin mümkün olmadığı hallarda məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma xərclərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ödəyir.

166.11. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiqindən irəli gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara zidd olmamaq şərti ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq həll edilir.

 


Yüklə 105,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin