Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları


XXIII fəsil   Hüquqi şəxslər barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlərin icrasının xüsusiyyətləri



Yüklə 105,01 Kb.
səhifə33/41
tarix05.01.2022
ölçüsü105,01 Kb.
#111081
1   ...   29   30   31   32   33   34   35   36   ...   41
XXIII fəsil

 

Hüquqi şəxslər barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlərin icrasının xüsusiyyətləri

 

Maddə 188. Cərimə və xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirin icrası qaydası

 

188.1. Hüquqi şəxslər barəsində tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-2-ci fəslinin xüsusiyyətləri nəzərə alınmaqla, bu Məcəllənin IV fəslinə uyğun olaraq icra edilir.

188.2. Hüquqi şəxslər barəsində tətbiq edilən xüsusi müsadirə növündə cinayət-hüquqi tədbir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-2-ci fəslinin xüsusiyyətləri nəzərə alınmaqla, bu Məcəllənin XXII fəslinə uyğun olaraq icra edilir.

 

Maddə 189. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin icrası qaydası

 

189.1. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının surəti icra edilməsi üçün dərhal hüquqi şəxsin olduğu yerin icra məmuruna göndərilir.

189.2. Hüquqi şəxs müəyyən fəaliyyət növünü lisenziya və ya icazə əsasında həyata keçirdikdə, icra məmuru məhkəmə qərarının surətini 3 (üç) gün müddətində lisenziya (icazə) verən orqana göndərir. Həmin orqan qərarın surətini aldığı gündən 3 (üç) gün müddətində lisenziyanı (icazəni) ləğv edir və bu barədə icra məmuruna məlumat verir.

189.3. Hüquqi şəxs müəyyən fəaliyyət növünü lisenziya və ya icazə əsasında həyata keçirmədikdə, icra məmuru 3 (üç) gün müddətində məhkəmə qərarının surətini hüquqi şəxslərin dövlət reyestrinə müvafiq fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum etmə barədə qeydin 10 (on) gün ərzində daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq dəyişiklik dövlət qeydiyyatına alındıqdan sonra 2 (iki) gün müddətində icra məmuruna məlumat verilir.

 

Maddə 190. Hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbirinin icrası qaydası

 

190.1. Hüquqi şəxsi ləğv etmə haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə, ləğvediciyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. Həmin qərar qanuni qüvvəyə mindikdən dərhal sonra onun surəti icra edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına, habelə cinayət-hüquqi tədbirin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.

190.2. Hüquqi şəxsin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

190.3. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanı 3 (üç) gün müddətində bu barədə yekun qərarı çıxarmış məhkəməyə və cinayət-hüquqi tədbirin icrasına nəzarəti həyata keçirən icra məmuruna məlumat verir.

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

14 iyul 2000-ci il tarixli 908-IQ nömrəli “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağli hüquqi tənzimləmə məsələləri haqqinda” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2000-ci il, № 8, Maddə 586) ilə təsdiq edilmişdir.




Yüklə 105,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin