Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları


VIII bölmə   Cinayət-hüquqi tədbirlərin icrası



Yüklə 105,01 Kb.
səhifə32/41
tarix05.01.2022
ölçüsü105,01 Kb.
#111081
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
VIII bölmə

 

Cinayət-hüquqi tədbirlərin icrası

 

XXII fəsil

 

Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin icrası

 

Maddə 183. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin icrası qaydası

 

183.1. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.



183.2. Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.

 

Maddə 184. Xüsusi müsadirə cinayət-hüquqi tədbirinin icrası zamanı icra məmurunun vəzifələri

 

184.1. İcra məmuru məhkəmənin yekun qərarının surətini, qərarın icrası barədə göstərişi aldıqdan sonra dərhal əmlak siyahısında göstərilən əmlakın mövcudluğunu yoxlayır.

184.2. Müsadirə edilən əmlak plomblanır və ya möhürlənir və bu barədə tərtib edilmiş müvafiq siyahıda qeydlər edilir.

184.3. Müsadirə edilən əmlakın saxlanılması üçün icra məmuru tərəfindən tədbirlər həyata keçirilməlidir.

 

Maddə 185. Xüsusi müsadirə edilməli əmlakla əlaqədar digər şəxslərin vəzifələri

 

185.1. Xüsusi müsadirə edilməli əmlak hüquqi və ya fiziki şəxslərdə, yaxud dövlət qurumunda olarsa, onlar bu barədə məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanına xəbər verməlidirlər.

185.2. Hüquqi və fiziki şəxslər, həmçinin dövlət qurumları onlara saxlanılmaq üçün verilən müsadirə edilən əmlakın qorunub-saxlanılmasını təmin etməlidirlər.

185.3. Müsadirə edilən əmlakın gizlədilməsinə, israf edilməsinə, özgəninkiləşdirilməsinə və ya dəyişdirilməsinə görə təqsirli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 186. Xüsusi müsadirə edilmiş əmlakın müvafiq icra hakimiyyəti orqanına verilməsi

 

186.1. Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən şəxsin müsadirə edilmiş əmlakı, bu əmlak barəsində irəli sürülən bütün tələblər qanunla müəyyən edilmiş qaydada təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanına verilir.

186.2. Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 187. Məhkəmənin yekun qərarının icrasından sonra aşkar edilmiş əmlakın müsadirəsi

 

Xüsusi müsadirə cinayət-hüquqi tədbiri icra edildikdən sonra barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən şəxsin xüsusi müsadirə olunmalı olan digər əmlakı aşkar edildiyi hallarda, icra məmuru yekun qərar çıxarmış məhkəməyə və ya yekun qərarın icra edildiyi yerin məhkəməsinə həmin əmlakın müsadirə edilməsi barədə təqdimat verir.

 


Yüklə 105,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin