Maddə 226. Dopinq nəzarəti qaydalarının pozulması
Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə -
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
FƏSİL 24
Mülkiyyət əleyhinə olan inzibati xətalar
Maddə 227. Xırda talama
Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -
iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.
Qeyd: Talanmış əmlakın dəyəri yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir.
Maddə 227-1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma
Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan az miqdarda ziyan vurma –
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.
Qeyd:
Bu maddədə “az miqdarda” dedikdə, üç min manatdan yuxarı olmayan məbləğ başa düşülür.
Dostları ilə paylaş: |