Maddə 318. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkmə
Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-
qırx manat məbləğində cərimə edilir.
Maddə 319. Nəqliyyatda biletsiz getmə
319.1. Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə-
beş manat məbləğində cərimə edilir.
319.2. Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin biletsiz getməyə görə-
on beş manat məbləğində cərimə edilir.
319.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişin biletsiz getməyə görə-
iyirmi beş manat məbləğində cərimə edilir.
319.4. Dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə-
otuz manat məbləğində cərimə edilir.
319.5. Dəniz və çay nəqliyyatında sərnişin biletsiz getməyə görə-
otuz beş manat məbləğində cərimə edilir.
319.6. Hava nəqliyyatında sərnişin biletsiz getməyə görə-
qırx manat məbləğində cərimə edilir.
Dostları ilə paylaş: |