Maddə 433. Denominasiya zamanı pul nişanlarının dəyişdirilməsi qaydalarının pozulması
433.0. Azərbaycan Respublikasının pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı:
433.0.1. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinin müddətləri, məbləğləri, yaxud subyektləri üzrə məhdudiyyətlərin qoyulmasına;
433.0.2. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi üçün banklar tərəfindən komisyon haqqı tutulmasına görə -
vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.
Dostları ilə paylaş: |