Maddə 434. Kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsi
Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə -
vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər on iki min manat məbləğində cərimə edilir.
Maddə 435. Əmanətlərin sığortalanması qaydalarının pozulması
Əmanətlərin Sığortalanması Fonduna sığorta haqları üzrə ödənişlərin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi müddətdə tam ödənilməməsinə görə -
vəzifəli şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.
Dostları ilə paylaş: |