Maddə 500. Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti gətirilmiş nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatların aparılması
Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti gətirilmiş nəqliyyat vasitələrinin gömrük ərazisinə müvəqqəti gətirilməsinin məqsədlərinə uyğun olmayan ölkədaxili sərnişin və ya yük daşımalarında digər şəxslər tərəfindən istismar olunmasına görə -
yüz əlli manat məbləğində cərimə edilir.
Maddə 501. Malların məhvi qaydasının pozulması
Malların məhvi qaydasının pozulmasına, yəni malların məhvi və ya onların məhvi nəticəsində yaranmış tullantıların və qalıqların müvafiq gömrük proseduru altında yerləşdirilməsi və ya zərərsizləşdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə və şərtlərə əməl edilməməsinə görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadəkməbləğdə cərimə edilir.
Maddə 502. Mallar və ya nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən ticarət siyasəti tədbirlərinin və digər məhdudiyyətlərin tətbiqi qaydasına əməl edilməməsi
Barəsində qanunvericiliklə müəyyən edilən ticarət siyasəti tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və ya nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə -
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: |