Ümumi hissə I böLMƏ Ümumi müddəalar


Maddə 558. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin pozulması



Yüklə 2,43 Mb.
səhifə372/411
tarix07.01.2022
ölçüsü2,43 Mb.
#84399
1   ...   368   369   370   371   372   373   374   375   ...   411
Maddə 558. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin pozulması

 

558.1. Daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran sənədlərə dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının digər dövlət orqanlarına ünvanlanan sorğularına vaxtında cavab verilməməsinə görə-



vəzifəli şəxslər xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

558.2. Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak barədə texniki məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə görə-

xəbərdarlıq edilir və ya üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

558.3. Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və ya bu məlumatın verilməməsinə görə-

beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   368   369   370   371   372   373   374   375   ...   411




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin