Maddə 592. Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv edildikdən sonra vətəndaşların onu satmaqdan boyun qaçırması
Mülki silahın əldə edilməsinə xüsusi icazə və ya odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə, silah sahibinin bu silahı satmaqdan boyun qaçırmasına görə-
silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 592-1. Məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və satılması qaydalarının pozulması
Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə -
məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: |