Ümumi hissə I böLMƏ Ümumi müddəalar


Maddə 126. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası



Yüklə 2,43 Mb.
səhifə98/411
tarix07.01.2022
ölçüsü2,43 Mb.
#84399
1   ...   94   95   96   97   98   99   100   101   ...   411
Maddə 126. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası

 

126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.



126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir.

126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

 

Maddə 127. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi ilə əlaqədar xətalar üzrə icraatın aparılması qaydası

 

Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir.



 

Maddə 127-1. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası

 

127-1.1. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında elektron protokol hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.



127-1.2. Elektron protokol çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun ən yaxın nəzarət məntəqəsinə göndərilir.

127-1.3. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və elektron protokolun və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur.

127-1.4. Saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.

127-1.5. Hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir.

127-1.6. Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.

127-1.7. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş nəqliyyat vasitəsini idarə edən şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqqı həmin yerdə bank və ya ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda saxlanılmış nəqliyyat vasitəsi onu idarə edən şəxsə dərhal qaytarılır.

127-1.8. Müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati cəriməni və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqqı nəzarət məntəqəsində bank və ya ödəmə terminalı vasitəsilə ödəmək üçün şərait yaratmalıdırlar.

127-1.9. Saxlanılmış nəqliyyat vasitəsi nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə bu Məcəllənin 127-1.4-cü maddəsinə uyğun olaraq ölçülən zaman nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmamaqla yüklənməsi müəyyən edildikdə, saxlanılmış nəqliyyat vasitəsi hərəkətin davam etdirilməsi üçün dərhal onu idarə edən şəxsə qaytarılır.

 

Maddə 127-2. Parklanmaya gцrə цdəniєin edilməməsi və ya parklanma yerindən цdəniю edilmэю mьddətdən artэq istifadə ьзьn əlavə цdəniєin edilməməsi, habelə nəqliyyat vasitəsinin 24 saatdan artэq parklanma yerində saxlanэlmasэ ilə əlaqədar inzibati xəta hadisəsi parkomatlar və foto və ya video qeydiyyat funksiyalarэna malik texniki vasitələrin kцməyi ilə aєkar edildikdə icraatэn aparэlmasэ qaydasэ



 

127-2.1. Bu Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuє inzibati xətanэn tцrədilməsi barədə elektron protokol parklanma yerlərində quraюdэrэlmэю parkomatlar və foto və ya video qeydiyyat funksiyalarэna malik xьsusi texniki vasitələrin məlumatlarэ əsasэnda bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuє qaydada tərtib edilir. Bьtьn parkomatlar və foto və ya video qeydiyyat funksiyalarэna malik xьsusi texniki vasitələr mьvafiq icra hakimiyyəti orqanэnэn mərkəzi informasiya sisteminin proqram təminatэ əsasэnda həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.

127-2.2. Parklanma yerlərində quraюdэrэlmэю parkomat və foto və ya video qeydiyyat funksiyalarэna malik xьsusi texniki vasitələrin nəqliyyat vasitəsinin dцvlət qeydiyyat niюanэna, parklanma mьddətinə (parklanma yerinə daxil olmasэ və oranэ tərk etməsinə) və parklanmaya gцrə edilmiє və ya edilməmiє цdəniєlərə, habelə 24 saatdan artэq mьddətdə parklanma yerində saxlanэlan nəqliyyat vasitələrinə dair məlumatlarэ mьvafiq icra hakimiyyəti orqanэnэn mərkəzi informasiya sisteminin proqram təminatэ əsasэnda real vaxt rejimində elektron formada birbaєa həmin mərkəzi informasiya sisteminə цtьrьlьr.

127-2.3. Bir parklanma ьзьn mьəyyən edilmiю 24 saatlэq parklanma mьddətinin bitməsinə 1 saat qalmэю nəqliyyat vasitəsinin istifadəзisinə bu Məcəllənin 125.2.2-ci maddəsinə uyрun olaraq məlumat verilir.

127-2.4. Bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuє inzibati xətanэn tцrədilməsi barədə bu Məcəllənin 122.1-ci maddəsinə uyрun olaraq elektron protokol tərtib edildikdən sonra həmin nəqliyyat vasitəsinin mьvafiq icra hakimiyyəti orqanэnэn ən yaxэn mьhafizə olunan duracaрэna aparэlmasэ ьзьn bu barədə məlumat mьvafiq icra hakimiyyəti orqanэnэn mərkəzi informasiya sistemindən mьvafiq icra hakimiyyəti orqanэnэn yol hərəkəti təhlьkəsizliyinə nəzarət edən əməkdaюэna цtьrьlьr. Bu cьr nəqliyyat vasitələrinin yol hərəkəti təhlьkəsizliyinə nəzarəti həyata keзirən mьvafiq icra hakimiyyəti orqanэnэn əməkdaюэ tərəfindən mьvafiq icra hakimiyyəti orqanэnэn ən yaxэn mьhafizə olunan duracaрэna aparэlmasэ təmin edilir və barəsində inzibati xəta haqqэnda iю ьzrə icraat aparэlan юəxsə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuє qaydada bu barədə məlumat verilir.

127-2.5. Bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuє inzibati xətanэ tцrətmiє nəqliyyat vasitəsinin istifadəзisi inzibati cəriməni (mьvafiq olaraq hesablanmэю dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin mьhafizə olunan duracaрa gətirilməsi və orada saxlanэlmasэ ьзьn haqqэ həmin yerdə bank və ya цdəmə terminalэ vasitəsilə цdəyə bilər. Bu halda nəqliyyat vasitəsi dərhal onun istifadəзisinə qaytarэlэr.

127-2.6. Mьvafiq icra hakimiyyəti orqanэ inzibati cəriməni və nəqliyyat vasitəsinin mьhafizə olunan duracaqda saxlanэlmasэ ьзьn haqqэ həmin duracaqda bank və ya цdəmə terminalэ vasitəsilə цdəmək ьзьn єərait yaratmalэdэr.

 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   411




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin