Maddə 320. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparma
320.1. Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə-
iyirmi manat məbləğində cərimə edilir.
320.2. Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişinin biletsiz aparılmasına görə-
otuz manat məbləğində cərimə edilir.
320.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinin biletsiz aparılmasına görə-
qırx manat məbləğində cərimə edilir.
320.4. Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə-
qırx manat məbləğində cərimə edilir.
320.5. Dəniz və çay nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə-
əlli manat məbləğində cərimə edilir.
320.6. Hava nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə-
altmış manat məbləğində cərimə edilir.
Dostları ilə paylaş: |