Maddə 396. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması
Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə-
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 397. Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların başqa yerlərə keçirilməsi və yaxud mühafizəsi üçün tədbirlər görülməməsi
Şəhərlərdə və digər yaşayış məntəqələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan yaşıllıqların başqa yerlərə keçirilməsinə, yaxud yaşıllıqların mühafizəsi üçün tədbirlər görülməməsinə görə-
fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
FƏSİL 34
Dostları ilə paylaş: |