Ümumi hissə I böLMƏ Ümumi müddəalar



Yüklə 272,47 Kb.
səhifə4/459
tarix10.01.2022
ölçüsü272,47 Kb.
#109089
1   2   3   4   5   6   7   8   9   ...   459




Ümumi hissə

 

I BÖLMƏ



 

Ümumi müddəalar

 

FƏSİL 1



 

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri

 

Maddə 1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi

 

1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir.



1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.

1.3. İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.



1.4. Ələt azad iqtisadi zonasında inzibati məsuliyyətə səbəb olan əməllər (hərəkət və ya hərəkətsizlik) və bu əməllərə görə inzibati xəta törətmiş şəxsin tənbeh edilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

 

Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri

 

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.



 


Yüklə 272,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   459




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin