Ümumi hissə I böLMƏ Ümumi müddəalar


Maddə 576. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsi, habelə



Yüklə 50,83 Kb.
səhifə26/29
tarix24.07.2022
ölçüsü50,83 Kb.
#117433
1   ...   21   22   23   24   25   26   27   28   29
İnzibati xətalar məcəlləsi hazır (1)

Maddə 576. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsi, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması

576.1. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsi, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinin hüquqi şəxs yaratmadan göstərilməsinə görə -


üç yüz manat məbləğində cərimə edilir.
576.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı kütləvi informasiya vasitələrində doğru olmayan məlumatların yayılmasına görə-
beş yüz manat məbləğində cərimə edilir.
576.3. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə -
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
576.4. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə -
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.


Maddə 577. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə-


üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.



Yüklə 50,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin