Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
ETR 211- Semiconductor devices and modeling (Yarımkeçirici qurğular və modelləşmə)-3 kredit
|
Departament
|
Elektronika, telekomunikasiya və radiomühəndislik
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr
|
Tədris semestri
|
Payız, 2013
|
Fənni tədris edən müəllim
|
Nuru Səfərov, Ph.D., BEA professoru
|
E-mail:
|
Nsafarov@khazar.org
|
Telefon:
|
(+994 12) 421-10-93 (daxili 255)
|
Mühazirə otağı/Cədvəl
|
#417, Cümə 13:40-16:30
|
Məsləhət saatları
|
Cümə axşamı, 15:00 – 16:30
|
Prerekvizitlər
|
Fizika
|
Tədris dili
|
Azəri
|
Fənnin növü (məcburi, seçmə)
|
Məcburi
|
Dərsliklər və əlavə ədəbiyyat
|
Ədəbiyyat
1.N.Ə.Səfərov, Əhmədov Q.M. Radioelektronikanın əsasları. Bakı,MBM, 2009, 188s.
Əlavə ədəbiyyat
1. A.I.Lebedev.Yarımkeçirici qurğuların fizikası. М, Fizmatlit, 2008, 488 s.
2. S.Zi. Yarımkeçirici qurğuların fizikası. 2 kitabda. M, Mir, 1984.
3. M.Şur. Yarımkeçirici qurğuların fizikası. 2 kitabda. М, Mir, 1992.
|
Kursun vebsaytı
|
Bu kurs onlayn öyrənmə ilə ənənəvi birbaşa tədrisi özündə kombinə edir. Moodle platformasında tədrisi dəstəkləmək üçün resursların geniş diapazonunu təmin etmək məqsədi ilə istifadə edilir. Bütün kurs daxil olmaqla materialları məhdudlaşdırmadan əlaqələndirir. Tədris proqramı, əlavə mütaliələr və tapşırıqlar kurs vebsaytında -də verilir. Tələbələrin qiymətləndirilməsi də həmçinin Moodle-də elan ediləcək. Tələbələr müntəzəm olaraq Moodle vasitəsilə lektor ilə ünsiyyət saxlaya bilərlər.
|
Tədris metodları
|
Mühazirə
|
x
|
Qrup müzakirəsi
|
x
|
Praktiki tapşırıqlar
|
x
|
Praktiki məsələnin təhlili
|
x
|
Digər
|
x
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Aralıq imtahanı
|
|
30
|
Praktiki məsələ
|
|
|
Fəallıq
|
|
|
Tapşırıq və testlər
|
|
20
|
Kurs işi (Layihə)
|
|
10
|
Prezentasiya/Qrup müzakirə
|
|
|
Final imtahanı
|
|
40
|
Digər
|
|
|
Yekun
|
|
100
|
Kursun təsviri
|
Yarımkeçirici qurğular və modelləşmə kursunda yarımkeçiricilərdə yükdaşıyıcılar, elektrik keçiriciliyi, yükdaşıyıcıların diffuziyası, zona strukturu, aşqar yarımkeçiricilər haqqında bilgilər verilir, yarımkeçirici əsaslı ideal diod, p-n keçid, diodun volt-amper xarakteristikası, onların tətbiqi, o cümlədən düzləndirici, stabilitron, varikap kimi elementlərin iş prinsipi araşdırılmışdır. Kursda həmçinin tranzistorun quruluşu, yük və potensialların paylanması, onun dördqütblü timsalında tədqiqi, sahə tranzistorunun strukturu və iş prinsipi, keçid və çıxış VAX topluları analiz edilmişdir.
|
Kursun məqsədləri
|
Bu kurs Xəzər Universitetinin elektronika ixtisası üzrə tələbələr üçün işlənib hazırlanmışdır.
Kursun məqsədləri:
-
Yarımkeçirici diodların iş prinsipini öyrənmək və onlar əsasında müxtəlif elektron sxemlərin qurulması
-
Yarımkeçirici bipolyar və unipolyar tranzistorlar əsasında müxtəlif elektron sxemlərin işlənməsi
-
Funksional elektronikanın cihazları ilə tanışlıq və onlardan sensor timsalında istifadə olunması
-
Yarımkeçirici strukturların hazırlanma texnologiyasının öyrənilməsi
-
Tədris boyunca tələbələri əyani olaraq yarımkeçirici cihazlarla tanış etmək
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Kursun sonuna tələbələr bu bacarıqlara malik olmalıdır:
-
Yarımkecirici elementlər əsasında işlək elektron sxemlərin qurulması
-
Ölçü cihazları vasitəsilə detalların parametrlərinin ölçülməsi
-
Ossilloqraf vasitəsi ilə giriş və çıxış siqnallarının izlənməsi
-
Verilənlərin kompyutora ötürülməsi və emalı
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
Bu kursun strukturu sinifin xaricində sizin fərdi tədqiqatınızı və hazırlığınızı çox vacib edir. Mühazirə materialı mətndə təqdim edilən əsas məsələlər üzərində fikrini cəmləşdirəcək. Kursdan əvvəl təyin edilmiş fəsilləri oxumaq və onlarla bir qədər tanışlığa malik olmaq mühazirənin başa düşmənizə çox kömək edəcək. Mühazirənin və ya fəsilin sonunda siz tipik imtahan suallarını, qeydlərinizi, həll edilmiş problemləri və hadisələri öyrənməlisiniz.
-
Effektivlik (keçid /uğursuzluq)
Bu kurs ardıcıl olaraq Mühəndislik fakultəsinin apardığı qiymətləndirmə siyasətini ciddi izləyir. Beləliklə, tələbə kursdan normal olaraq keçmək üçün ən azı 60% həddi aşmalıdır. Müvəffəqiyyətsizlik halında, o növbəti müddət və ya ili kursu təkrar etməyə məcbur olacaq.
Yoxlama sorğuları, aralıq və buraxılış imtahanları ərzində aldadaraq və ya başqa plagiatdan istifadə nəticədən imtinaya gətirəcəkdir. Bu halda tələbə avtomatik olaraq heç bir müzakirələrsiz sıfır (0) alacaq.
-
Professional davranış direktivləri
Tələbələr sinif saatları ərzində professional olaraq əlverişli akademik ətraf mühiti yaratmaq üçün davranacaqlar. Kursa aid olmayan müzakirələr və qeyri-etik davranış ciddi qadağan edilir. |
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix
(planlaşdırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
|
1
|
20/09/2013
|
Giriş. Yarimkeçiricilər.
Yarımkeçiricilərdə yükdaşıyıcılar
Yarımkeçiricilərin elektrik keçiriciliyi
Yükdaşıyıcıların diffuziyası
Yarımkeçirici qurğuların təsnifatı.
|
III fəsil
3.1-3.3
|
2
|
27/09/2013
|
p-n-keçidlərdə potensial baryeri.
p-n-keçidlərdə elektrik sahəsinin və potensialın yayılması.
Yarımkeçiricilərin zona strukturu.
Aşqar yarımkeçiricilər.
Yarımkeçiricilərin əsas xarakteristikaları
|
III fəsil
3.4-3.5
|
3
|
04/10/2013
|
p-n-keçidlərdə cərəyan şiddəti.
Qeyri-əsas yükdaşıyıcıların injeksiyası.
Yarimkeçirici diod. İdeal diod.
Tempeturun diodun xarakteristikasına təsiri, maksimal iş temperaturu.
|
IV fəsil
4.1-4.2
|
4
|
11/10/2013
|
p-n keçid
Diodun volt-amper xarakteristikası p-n-keçidlərdə deşilmə zamanı tunel mexanizmi.
|
IV fəsil
4.2-4.3
|
5
|
18/10/2013
|
Diodlarin tətbiqi
Aktiv yüklü biryarımperiodlu düzləndirici
Tutum filtrli biryarımperiodlu düzləndirici
İkiyarımperiodlu düzləndirici
|
V fəsil
5.1-5.3
|
6
|
25/10/2013
|
Yarımkeçirici qurğular
Stabilitron
Varikap
|
V fəsil
5.4-5.5
|
7
|
01/11/2013
|
Tranzistor
Tranzistorun quruluşu, yük və potensialların paylanması
Tranzistorun aktiv rejimi
|
VI fəsil
6.1-6.2
|
8
|
08/11/2013
|
Aralıq imtahan
|
|
9
|
15/11/2013
|
Baza modulyasiyası. ÜB sxemin volt-amper xarakteristikası
Ümumi emitterli sxem, giriş və çıxış VAX-ı toplusu
Tranzistor dördqütblü kimi
|
VI fəsil
6.3-6.5
|
10
|
22/11/2013
|
Sahə tranzistoru
Sahə tranzistorunun strukturu və iş prinsipi
|
VII fəsil
7.1
|
11
|
29/11/2013
|
Sahə tranzistorunun keçid və çıxış VAX toplusu
|
VII fəsil
7.2
|
12
|
06/12/2013
|
Funksional elektronika
Optoelektron cihazlar
Fotorezistorlar
Fotodiod
|
XVIII fəsil
18.1
|
13
|
13/12/2013
|
Fototranzistor
İşıqdiodu
|
XVIII fəsil
18.1
|
14
|
20/12/2013
|
Akustoelektronika
Dielektrik elektronikası
Xemotronika
|
XVIII fəsil
18.2-18.4
|
15
|
27/12/2013
|
Yarımkeçirici texnologiyası
Epitaksiya. Termik oksidləşmə. Legirə olunma
Fotolitoqrafiya. İnteqral sxemlərdə elementlərin izolyasiyası
|
XIX fəsil
19.1-19.3
|
|
|
Final imtahan
|
|