Ümumi məlumat Fənnin adı, kodu və kreditlərin sayı



Yüklə 114.06 Kb.
tarix14.01.2017
ölçüsü114.06 Kb.

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

CHEM 417 Ecology chemistry, 3 credits







Departament

Kimya departamenti







Proqram

Bakalavr







Tədris semestri

Yaz, 2014/2015







Fənni tədris edən müəllim

Cəfərov Hüseyn







E-mail

huseyncafarov@gmail.com







Telefon

070-738-33-66







Mühazirə otağı/ cədvəl

302n / Çərşənbə 3:10-6:00







Məsləhət saatları







Prerekvizitlər

-




Tədris dili

Azərbaycan dili




Fənnin növü

Seçmə




Dərsliklər və əlavə ədəbiyyat

ƏSAS DƏRSLİKLƏR

  1. Environmental and ecological chemistry: Schmeling M & Aldstadt J.H. E-book http://www.eolss.net/ebooklib/ebookcontents/e6-13-themecontents.pdf

  2. Understanding Our Environment: An Introduction to Environmental Chemistry and Pollution. 3rd edition. Hurrison R.M. E-book: https://app.box.com/s/qyx741s8cpoe8eze4nnu

  3. Экологическая химия: учебник Л.С. Астафьева; рец. П.П. Кукин, Э.Р. Кехарсаева, Г.М. Яровая. Москва Academia 2006.

  4. Ekologiya, ətraf mühit və insan: Qərib Məmmədov, Mahmud Xəlilov. Bakı – «ELM» – 2006

ƏLAVƏ DƏRSLİKLƏR

  1. Torpaq kimyası: A.Hüseynov, N.Hüseynov. Ali məktəblər üçün dərslik. Bakı 2012. E-book: http://library.adau.edu.az/upload/book/574_torpaq_kimyasi.1-100.pdf

  2. Ümumi kimya: A.A.Əlbəndov. Ali məktəblər üçün dərslik. Bakı 2012. E-book: file:///C:/Users/ikhalilova/Downloads/%C3%9Cmumi%20Kimya%20(e-book%20az).pdf

  3. General Ecology: D.T. Krohne

  4. Основы экологии: Христофорова Н.К.

  5. Общая экология: Степановских А.С.

  6. Общая экология: Петров К.М..

  7. Экология: Карпенков С.Х.

  8. Экология: Стадницкий Г.В




Kurs üçün faydalı website’lar

http://www.shsu.edu/~chm_tgc/Glossary/glos.html

http://www.rlib.yar.ru/_metod_mater/v_7/02/internet_ecol.htm

http://www.litmir.me/br/?b=112408

http://royallib.com/read/chernova_nina/obshchaya_ekologiya.html#0

http://www.knigafund.ru/books/169607/read#page1

http://www.knigafund.ru/books/169607/read

http://www.knigafund.ru/books/172504/read

http://www.knigafund.ru/books/172345/read http://books.google.az/books?id=PoRP0g2Jh9YC&printsec=frontcover&hl=ru#v=onepage&q&f=false




Tədris metodları

Mühazirə

x







Seminar; qrup müzakirəsi

x







Video-materiallara baxış, onların təhlili

x




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)







Davamiyyət

Semestrin sonunda

5







Fəallıq

Hər dərs

5







Yoxlama işi (quiz)

Semestr ərzində

10







Prezentasiya

Semestrin sonunda

10







Aralıq imtahan

Cədvəl üzrə

30







Son imtahan

Cədvəl üzrə

40







Yekun




100




Kursun təsviri

Ekoloji kimya kursu ekologiyanı təşkil edən sistemlərin kimyəvi tərkibini, onların qarşılıqlı əlaqəsini və bir sıra fiziki-kimyəvi təsirlər nəticəsində ekologiayada baş verən ümumi dəyişkənliklərin öyrənilməsini özündə əks etdirir. Həmçinin ekoloji kimyəvi faktorların orqanizmə təsirini və eyni zamanda orqanizmin bu və ya digər faktorlara uyğunlaşması bu kursda nəzərdən keçiriləcəkdir. Eləcə də bu kursda sənaye ekosistemlərinin ətraf mühitə kimyəvi təsirini, üzvi və qeyri üzvi tullantıların ətraf mühitə vurduğu zərərin aydınlaşdırılması gələcək nəslin bu istiqamətdə mövcud antropogen təsirin azaldılması barəsində ən azından düşünməsinə səbəb olacaqdır. Torpagın, suyun, havanın kimyası araşdırılacaqdır. Kimyəvi tullantılar və nəzarət. Radioaktivlik və radiasiya anlayışları altında; təbii və antropogen radiasiyanın bioloji və ekoloji təsirləri öyrəniləcəkdir. Torpagın, suyun, havanın kimyası. Kimyəvi tullantılar və nəzarət. Həmçinin havanın çirklənməsi səbəbləri, bu çirklənmənin nəticələri və qarşısının alınma üsulları nəzərdən keçiriləcəkdir. Ümumiyyətlə kimyəvi ekologiya anlayışı mövcud zamanda daha çox antropogen təsiri ilə seçilir. Ekologiyaya antropogen təsirlərin güclü ziyan vurması bu sahənin aktuallığını daha da artırır.

Nəticə olaraq insanların ekosistemə vurduğları ziyanların minimallaşdırması üçün nə etməli sualını tələbələr ilə aydınlaşdırılmağa çalışılacaqdır.






Kursun məqsədi

Ekologiya kimya kursunun məqsədi yeni nəslə ekologiyanın qorunmasının mühümlüyünü izah etməkdir. Bunun üçün kursda ekologiyanın nə anlam daşıdığının, onun kimyəvi tərkibi və nə kimi dəyişikliklərə məruz qaldığı aydınlaşdırılacaqdır. Nəticə olaraq tələbələrdə müasir zamanda ekologiyanın nə şəkil aldığı barəsində baza biliklər formalaşacaqdır. Bu da gələcəkdə ekoloji sistemin qorunması üçün başlıca faktorlardandır.




Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr nəyi bilməlidirlər:

  • Ekoloji sistemlərin kimyəvi tərkiblərini və onların qarşılıqlı əlaqəsini.

  • Mühüm abiotik faktorların orqanizmə təsiri. Orqanizmin bu təsirlərə uyğunlaşmasını.

  • Sənaye ekosistemlərinin ətraf mühitə kimyəvi təsirini.

  • Üzvi və qeyri üzvi tullantıların ətraf mühitə vurduğu zərərini.

  • Radioaktivlik və radiasiya anlayışları: onların bioloji və ekoloji təsirlərini.

  • Havanın çirklənməsi səbələri, onun nəticələri və mövcud bütün canlılar ziyanlı təsirini.

  • Qadağan edilmiş kimyəvi maddələr: onların fiziki, kimyəvi xüsusiyyətləri və ölçülməsini.

  • Karbon dövranı: onun mənbələri və kimyası. Karbon qazının sağlamlığa təsiri. Atmosferin karbon dioksidinin artmasının ekologiyaya təsirini.

  • Kükürd dioksidi və kükürd dövranı. Kükürd komponentlərinin atmosferdə mənbələri, qatılığı və kimyasını.

  • Azot birləşmələri, mənbələri və kimyəvi çevrilmələrini.

  • Troposferin qaz halı, onun əsas kimyəvi, fotokimyəvi prosesləri və ekologiyada əhəmiyyətini.

  • Mineral və enerji ehtiyatlarının kimyəvi əsaslarını.




Qaydalar (tədris siyasəti və davranış)

Dərsin təşkili

Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Dərsin ümumi təhlili zamanı video, şəkil, slaytlar və digər vizual görüntülər vasitəsi ilə mövzu müzakirə edilərək tələbələrə daha səlis şəkildə izah olunacaqdır. Eləcə də, hər bir dərsdə tələbələr ilə müzakirələr sual cavab xarakterli olacaq və semestrin sonunda tələbələrin fəallığı müvafiq qiymətləndiriləcəqdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri quizlər vasitəsilə yoxlanılacaqdır. Semestr ərzində tələbələrə prezentasiya şəkilində təqdim etmək şərti ilə fənnin müxtəlif bölmələrinə aid mövzular tapşırılacaqdır. Tələbələr müvafiq zamanda hazırladıqları prezentasiyanə təqdim etməlidirlər.



Ümumi qaydalar

Davamiyyət: tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Yalnız üzürlü səbəb olduqda dekanlığa və müəllimə xəbərdarlıq etməklə dərs buraxıla bilər. 25%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.

Gecikmə: Tələbə dərsə 15 dəqiqədən artıq gecikmişdirsə ,onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir.

İmtahanlar: İmtahanda iştirak və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər müvafiq fakültə rəhbərliyi tərəfindən həll olunur. İmtahanda iştirak etməmək yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir. İmtahanlar kumulyativ xarakterli olmalıdır. Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur.

Tələbənin kursu başa vurması: 60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir.

Pozuntu halları: Aralıq və son imtahanlarda mövcud qayadaların pozulması ( köçürmə cəhdləri və digər mövcud qaydalardan kənar hərəkətlər) hallarında tələbənin imtahan işi ləğv olunur.

Dərslərdə davranış: Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir.Tələbə dərsdə ən fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.

Dərs zamanı mobil telefonlardan istifadə qadağandır!




Həftə

Tarix

Mövzular

Saatlar

İstinadlar













Mühazirə

Praktik məşğələ




1



Ekoloji kimyanın predmeti və vəzifələri. Ekologiya, kimya və texnologiya elmləri haqda anlayış.

2













Ekosistemlər və onların ekoloji kimya ilə qarşılıqlı əlaqəsi.

2








2




Kimyəvi maddələrin ekosistemə ayrılması. Hydroliz, oksidləşmə və reduksiya prosesləri.

2













Ətraf mühitdə parçalanma prosesləri: fotokimyəvi, mikrobial, fitoparçalanma və onların ekologiya üçün əhəmiyyəti.




2




3




Ekosistemdə nəqliyyat prosesləri. Bu proseslərə kimyəvi maddələrin xüsusiyyətlərinin və ətraf mühitin təsiri.

2













Ətraf mühitin çirklənməsi yollarının miqyası: local, regional, milli, continental və qlobal. Müvafiq mövzuda videomaterialın nümayişi.




2




4




Tullantıların kimyası. Sənaye ekosistemləri və onların ətraf mühitin kimyası ilə qarşılıqlı əlaqəsi. Sənaye və kənd bölgələrində foto-oksidləşfirici maddələrin ekologiyaya təsiri.

2













Ətraf mühitin analizi və əhəmiyyəti. Sənaye tullantıları. Sənaye tullantılarının kimyəvi analizi. Müvafiq mövzuda videomaterialın nümayişi.




2




5




Havanın çirklənməsi. Çirklənmənin müddətləri.

Çirklənmənin yerli effektləri, regional problemləri və global məsələləri. Stratosferin ozon təbəqəsinin itməsi. İstixana effekti.



2













Havanın çirklənməsinin təyin edilməsi üsulları. Havanın çirklənməsinin bitkilər aləminə təsirinin eksperimental yolla təyini.




2




6




Pestisidlər və aqrokimyəvi maddələr. Ekotoksikologiyanın əsas prinsipləri.

2














Genotoksikliyin, sitotoksikliyin mexanizmləri və onların genetik və sitotoksik zədələnmələrdə əhəmiyyəti.




2




7




Meşə zədələyicilərinin ekoloji kimyası. Zərərvericilərə qarşı kompleks mübarizənin idarə edilməsi.

2













(Quiz)




2




8




Bitki mühafizəsi. Bitkilərin mühafizə işlərində tətbiq edilən pestisilər-bioloji fəal maddələr. Azərbaycan Respublikasında bitki mühafizəsinin aparılması və bu haqda qanunvericilik.

2












Təbiətin pestisidlərlə çirklənməsinin qorunması. Ümumi təhlükəsizlik tədbirlərinə riayət edilmə və buna nəzarət. Dövlət fitosanitar nəzarətin həyata keçirilməsi.




2




9




Aralıq imtahan
















Qadağan edilmiş kimyəvi maddələr. Onların qısa

tarixi, fiziki kimyəvi xüsusiyyətləri və səviyyələrinin ölçülməsi.




2













Aerozolun xüsusiyyətləri və onun ekologiyaya təsiri Müvafiq mövzuda videomaterialın nümayişi.




2




10




Üzvi tullantıların kimyasının inkişafı. Ətraf mühitin idarəedilməsində kimyadan istifadə.

2













Petrol və politsiklik aromatik hydrokarbonlar. Onların tipləri və kimyəvi tərkibləri. Bu maddələrin ətraf mühitə təsiri.




2




11




Karbondioksidi və fotosintez. Azot birləşmələri, mənbələri və kimyəvi çevrilmələri. Mineral ehtiyatlar. Enerji ehtiyatları.

2













Müvafiq mövzuda videomaterialın nümayişi.




2




12




Kükürd komponentlərinin atmosferdə mənbələri, qatılığı və kimyası. Hidrogen sulfidi və merkaptanlar. Karbonil sulfidlər.

2













Kükürdlü birləşmələrin oksidləşmə məhsulları. Kükürd dioksidi və kükürd dövranı.




2




13




Suyun kimyası. Tullantı suların təmizlənməsi və suvarma işlərində yenidən istifadə edilməsi. Tullantı suların bioloji, mikrobioloji və mexaniki təmizlənmə üsulları.

2













Müvafiq mövzuda videomaterialın nümayişi. (Quiz)




2




14




Torpağın kimyası. Çirklənmiş torpağın təmizlənməsi üsulları. Bioloji təmizlənmə və dezinfeksiya. Yeraltı suların təmizlənməsi yolları.

2













Torpağın zədələnməsinin təyin edilməsi. Müvafiq mövzuda videomaterialın nümayişi




2




15




Sağlamlıq və ekoloji aspektlər. Potensial, kimyəvi və ətraf mühitin təhlükəli fktorlarının canlılar aləminə təsiri. Sağlamlıq, əməyin və ətraf mühitin mühafizəsi

2













Ətraf mühitin monitorinqi. Ümumi seminar.




2










Final Imtahan










Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə