Maddə 202. Sığorta ödənişi verildikdə sığorta şəhadətnaməsinin təqdim edilməsi
Sığortaçı sığorta ödənişini verdikdə, sığorta şəhadətnaməsini və ya verdiyi digər sığorta sənədinin təqdim olunmasını tələb edə bilər.
Maddə 203. Sığortalanmış yükün özgəninkiləşdirilməsinin nəticələri
203.1. Sığortalanmış yük özgəninkiləşdirildikdə dəniz sığorta müqaviləsi qüvvədə qalır və sığortalının bütün hüquq və vəzifələri yükü əldə edənə keçir.
203.2. Yük özgəninkiləşdirilənədək sığorta haqqı ödənilmədikdə, onu ödəmək öhdəliyini həm sığortalı, həm də əldə edən daşıyır. Sığorta haqqını ödəmək tələbi sığorta haqqının ödənilməməsi barədə göstərişi olmayan sığorta şəhadətnaməsini və ya digər sığorta sənədini saxlayan şəxsə şamil edilmir.
Dostları ilə paylaş: |