Maddə 210. Yüklərin ayrı-ayrı göndərilməsinin sığorta şəhadətnamələri və ya sığorta sertifikatları
210.1. Sığortaçı sığortalının tələbi ilə baş sığorta şəhadətnaməsinin təsiri altına düşən yüklərin ayrı-ayrı göndərilməsinə dair şəhadətnamələr və ya sığorta sertifikatları verməyə borcludur.
210.2. Yüklərin ayrı-ayrı göndərilməsinə dair sığorta şəhadətnaməsinin və ya sığorta sertifikatının məzmunu baş sığorta şəhadətnaməsinə uyğun gəlmədikdə, üstünlük sığorta şəhadətnaməsinə və ya sığorta sertifikatına verilir.