Ümumi müddəalar Maddə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər


Maddə 239. Yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər



Yüklə 117,87 Kb.
səhifə156/227
tarix10.01.2022
ölçüsü117,87 Kb.
#110491
1   ...   152   153   154   155   156   157   158   159   ...   227
Maddə 239. Yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər

 

239.1. Ümumi qəzaya aid edilən yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər yükün boşaldıldığı anda yükalana təqdim edilən hesab əsasında təyin edilən dəyərə müvafiq olaraq, belə hesab olmadıqda isə yükün yüklənildiyi anda olan dəyərinə əsasən müəyyənləşdirilir. Yükün boşaldıldığı ana olan dəyərinə sığorta və fraxt (fraxt yük sahibinin riskində deyilsə) xərcləri daxildir.



239.2. Zədələnmiş yükün satıldığı halda əvəzi ödəniləcək zərər, bu Məcəllənin 239.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilən yükün zədəsiz vəziyyətdə olan dəyəri ilə onun satışından əldə edilən xalis məbləğ arasındakı fərqlə müəyyənləşdirilir.

239.3. Gəmi sahibinin və ya onun gəmi agentinin xəbəri olmadan və ya qəsdən yanlış ad altında gəmiyə yüklənmiş yükün, habelə qəsdən yanlış ad altında daşınmaq üçün təhvil verilmiş yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər ümumi qəza hesab edilmir. Belə yüklər xilas edildikdə, onların sahibləri ümumi qəza ilə bağlı ödəmələrdə ümumi əsasla iştirak etməyə borcludurlar. Daşınma üçün təhvil verilərkən dəyərləri həqiqi dəyərlərindən az elan edilmiş yüklərin sahibləri ümumi qəza ilə bağlı ödəmələrdə yüklərin həqiqi dəyərinə müvafiq olaraq iştirak edirlər, lakin vurulan zərərin əvəzini yalnız yüklərin elan edilmiş dəyərinə müvafiq alırlar. 

 

Maddə 240. Ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi ödənilən zərərin üstünə gələn faizlər

 

Dispaşa tərtib edildikdən üç ay sonra ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi ödənilən xərclərin və digər məbləğlərin üstünə illik 7 faiz əlavə edilir.



 


Yüklə 117,87 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin