Ümumi müddəalar Maddə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər


Maddə 21. Uzaq səfərə çıxan gəmilər üçün gəmi sənədləri



Yüklə 117,87 Kb.
səhifə18/227
tarix10.01.2022
ölçüsü117,87 Kb.
#110491
1   ...   14   15   16   17   18   19   20   21   ...   227
Maddə 21. Uzaq səfərə çıxan gəmilər üçün gəmi sənədləri

 

Uzaq səfərə çıxan gəmilərdə bu Məcəllənin 18-20-ci maddələrində göstərilən sənədlərdən başqa, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş sənədlər də olmalıdır.



 

Maddə 22. Gəmi sənədlərini verən orqanlar

 

22.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında və gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamələr gəmini qeydiyyata alan orqan tərəfindən verilir.



22.2. Ölçü şəhadətnaməsini, sərnişin şəhadətnaməsini, yük çeşidi haqqında şəhadətnaməni, neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni, çirkab suları ilə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni, zibil ilə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni və digər əlavə gəmi sənədlərini təsnifat cəmiyyəti verir. Gəmilərin bəzi kateqoriyalarından ölçü şəhadətnaməsi və ya yük çeşidi haqqında şəhadətnamələr gəmini qeydiyyata alan orqanın icazəsi ilə tələb edilmir.

22.3. Uzaq səfərə çıxan gəmilərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş sənədlər təsnifat cəmiyyəti tərəfindən verilir.

22.4. Gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

22.5. Səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.



22.6. Bu Məcəllənin 6-1.1.8-ci və 6-1.1.10-cu maddələrində nəzərdə tutulan şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir və həmin şəhadətnamələrin forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 


Yüklə 117,87 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin