Maddə 275. Səlahiyyətli hakimiyyət orqanlarının nəzarət etdikləri xilasetmə əməliyyatları
275.1. Xilasetmə əməliyyatları səlahiyyətli hakimiyyət orqanları tərəfindən və ya onların nəzarəti altında yerinə yetirildikdə, belə əməliyyatları həyata keçirən xilas edənlər bu fəsildə nəzərdə tutulmuş hüquqlardan və müdafiə vasitələrindən istifadə edə bilərlər.
275.2. Xilasetmə əməliyyatlarını yerinə yetirməyə borclu olan səlahiyyətli hakimiyyət orqanları, əgər bu onların adi vəzifələrinin həyata keçirilməsi ilə bağlı deyilsə, bu fəsildə nəzərdə tutulmuş hüquqlardan və müdafiə vasitələrindən istifadə edə bilərlər.
275.3. Xilasetmə əməliyyatlarının əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
XXI fəsil
Dostları ilə paylaş: |