Ümumi müddəalar Maddə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər


Maddə 2. Ticarət gəmiçiliyi Məcəlləsində əsas anlayışlar



Yüklə 117,87 Kb.
səhifə2/227
tarix10.01.2022
ölçüsü117,87 Kb.
#110491
1   2   3   4   5   6   7   8   9   ...   227
Maddə 2. Ticarət gəmiçiliyi Məcəlləsində əsas anlayışlar

 

2.1. Ticarət gəmiçiliyi dedikdə, gəmilərdən istifadə etməklə həyata keçirilən aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur:



2.1.1. yüklərin, sərnişinlərin və onların baqajlarının, poçt göndərişlərinin daşınması;

2.1.2. su bioloji ehtiyatlarının ovu:

2.1.3. gəmilərin dəniz bələdçisi ilə keçirilməsi;

2.1.4. dənizin dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı;

2.1.5. yedəkləmə, buzqırma, axtarış və xilasetmə əməliyyatları;

2.1.6. dənizdə batmış əmlakın qaldırılması;

2.1.7. dəniz mühitinin qorunması və saxlanması;

2.1.8. digər təsərrüfat, elmi, tədris, idman və mədəni məqsədlər üçün istifadə.

2.2. Gəmi — özühərəkətedən və ya özühərəkətetməyən, ticarət gəmiçiliyi məqsədləri üçün istifadə olunan üzən qurğu.

2.3. Gəmi sahibi — gəminin mülkiyyətçisi olmasından və ya gəmidən başqa qanuni əsaslarla istifadə etməsindən asılı olmayaraq, gəmini öz adından istismar edən şəxs.

2.4. Dəniz limanı (bundan sonra - liman və ya dəniz limanı) — xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yük ilə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan qurğular kompleksi.

2.5. Liman idarəsi – limanın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə yaradılan və nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hüquqi şəxs.

2.6. Gəminin tutumu — gəmilərin ölçülməsinə dair beynəlxalq müqavilələrə uyğun olaraq gəminin müəyyən edilən ümumi tutumu.

2.7. Hesablaşma vahidi — beynəlxalq maliyyə təşkilatlarının müəyyən etdiyi borcalmanın xüsusi hüququ vahidi.

2.8. Kabotaj — Azərbaycan Respublikasının dəniz limanları arasında icra edilən daşıma və dəniz yedəkləməsi.



2.9. Bayraq nəzarəti – Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində qeydiyyata alınmış və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərin yoxlanılması və sertifikatlaşdırılması, eləcə də təhlükəsizliyə və ətraf mühitin mühafizəsinə dair sənədlərin onlara verilməsi sahəsində dövlət nəzarəti.

2.10. Liman nəzarəti – Azərbaycan Respublikasının limanlarına daxil olan və ya limanlarından çıxan xarici gəmilərin, onların avadanlığının və idarə olunmasının beynəlxalq müqavilələrin tələblərinə uyğunluğunun yoxlanılması üzrə dövlət nəzarəti. 

 


Yüklə 117,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin