Ümumi müddəalar Maddə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər


Maddə 34. Gəminin qeydiyyata alındığı limanın (yerin) dəyişdirilməsi



Yüklə 117,87 Kb.
səhifə27/227
tarix10.01.2022
ölçüsü117,87 Kb.
#110491
1   ...   23   24   25   26   27   28   29   30   ...   227
Maddə 34. Gəminin qeydiyyata alındığı limanın (yerin) dəyişdirilməsi

 

34.1. Gəminin qeydiyyata alındığı liman (yer) gəmi mülkiyyətçisinin xahişi əsasında dəyişdirilə bilər. Gəminin qeydiyyata alındığı liman dəyişdirildikdə, gəmini qeydiyyata alan orqan tərəfindən gəmi reyestrlərinə və ya gəmi kitabına müvafiq məlumatlar daxil edilir. 



34.2. Gəminin qeydiyyata alındığı limanın dəyişdirilməsi Dövlət bayrağı altında üzmək hüququ haqqında yenidən verilən Şəhadətnamə ilə təsdiqlənir. 

 

Maddə 35. Gəminin təkrar qeydiyyata alınması

 

Hadisə və ya hər hansı digər səbəb nəticəsində gəmi Dövlət gəmi reyestrinə və ya gəmi kitabına əvvəllər daxil edilmiş məlumatlara uyğun gəlmədikdə, gəmi yenidən yoxlandıqdan və yoxlamanın nəticəsinə uyğun olaraq üzgüçülüyə yararlı olduğu müəyyən edildikdən sonra təkrar qeydiyyata alına bilər.



 

Maddə 36. Gəminin qeydiyyata alınmasını təsdiq edən gəmi şəhadətnaməsinin itirilməsi

 

36.1. Gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnaməsi itdikdə, bu sənədin dublikatını gəmini qeydiyyata alan orqan verir.



 36.2. Gəmi Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu zaman bu Məcəllənin 36.1-ci maddəsində göstərilən sənəd itdikdə, Azərbaycan Respublikasının konsulluq idarəsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı gəmi kapitanının ərizəsi əsasında gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında müvəqqəti şəhadətnamə verə bilər. Həmin sənəd verildiyi gündən bir ay ərzində gəmini qeydiyyata alan orqan tərəfindən dublikat ilə əvəz edilir.

 


Yüklə 117,87 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin