Maddə 39. Gəmi reyestrlərinin aşkarlığı
Gəmi reyestrləri onlarda olan məlumatın alınmasında maraqlı olan istənilən şəxslər üçün aşkar xarakter daşıyır. Dövlət rüsumu ödəməklə gəmi reyestrlərindən müvafiq qaydada tərtib edilmiş çıxarışları maraqlı şəxslər almaq hüququna malikdirlər.
Maddə 40. Gəmilərin qeydiyyata alınması qaydalarının pozulmasına görə məsuliyyət
Gəminin məcburi olan qeydiyyata alınmasından boyun qaçıran, gəmini müəyyən edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin birində qeydiyyata almış və ya gəmi reyestrlərinə daxil olan məlumatların dəyişdirilməsi barədə xəbər vermək borcunu pozmuş şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |