Maddə 48. Gəmi sahibinin vəzifələri
48.1. Gəmi sahibi gəmi heyəti üzvləri üçün aşağıdakıları təmin etməlidir:
48.1.1. təhlükəsiz əmək şəraitini;
48.1.2. sağlamlıqlarının mühafizəsini;
48.1.3. xilasetmə vasitələrinin mövcudluğunu;
48.1.4. fasiləsiz olaraq ərzaq və su təchizatını;
48.1.5. müvafiq iş və istirahət yerlərini;
48.1.6. mədəni və məişət şəraitini.
48.2. Gəmi sahibi və/və ya gəmi mülkiyyətçisi aşağıdakıları sığortalamağa borcludur:
48.2.1. gəmi heyəti üzvlərinin əmək haqlarını və onlara çatacaq digər məbləğləri, o cümlədən repatriasiya xərclərini;
48.2.2. gəmi heyəti üzvləri əmək funksiyalarını yerinə yetirərkən onların həyat və sağlamlıqlarını;
48.2.3. sərnişin daşımaları xidmətini həyata keçirən gəmi ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasını “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirmək.
48.3. Bu Məcəllənin 48.2.3-cü maddəsi ilə müəyyən edilmiş tələb yerinə yetirildiyi halda gəminin istismarına icazə verilir.
Dostları ilə paylaş: |