Maddə 4. Ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsi
4.1. Ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
4.2. Bu Məcəlləyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyəti hüdudlarında ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktlar qəbul edir.
4.3. Dəniz yollarının naviqasiya-hidroqrafik təminatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
4.4. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.
Dostları ilə paylaş: |