V fəsil
Dövlət bayraq və liman nəzarət
Maddə 61. Müvafiq icra hakimiyyəti orqanı və Dəniz limanı kapitanı
61.1. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyini və nizam-intizamı təmin etmək funksiyalarını müvafiq icra hakimiyyəti orqanı və dəniz limanı kapitanı həyata keçirir.
61.2. Dəniz limanı kapitanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir və bilavasitə ona tabedir. Dəniz limanı kapitanının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Dəniz limanı kapitanı haqqında Əsasnamə” ilə tənzimlənir.
61.3. Dəniz limanı kapitanı bilavasitə müvafiq icra hakimiyyəti orqanına tabedir.
61.4. Azərbaycan Respublikasının ərazisində dövlət bayraq və liman nəzarətini və dəniz üzgüçülüyü qaydalarına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Dostları ilə paylaş: |